Məhkəmə qərarları › İş №3(002)-843/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-843/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-843/2020 24.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3, 10 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1985-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxx 2020-ci il tarixdə polis əməkdaşlarına tabesizlik göstərərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X1 RPİ-nin 10-cu PB-nin ÇA-nın baş əməliyyat müvəkkili polis mayoru X2 tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 21:30 radələrində “Meyvəli” bazarının yaxınlığında ƏÇPA əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə qəsdən əməl etməmişdir. Buna görə də Şəxs barəsində xx xxxx 2020-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş Şəxs inzibati pozuntuya yol verdiyini etiraf edərək məhkəmə iclasında öz izhatında bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21:30 radələrində “Meyvəli” bazarının yaxınlığında öz şəxsi avtomobilində həyat yoldaşı ilə birlikdə dayandıqları zaman, X8 əməkdaşları onlara yaxınlaşaraq nə üçün orada durduqlarını və tibbi maskalardan niyə istifadə etmədiklərini soruşmuşlar. O isə cavabında “Meyvəli” bazarından qarpız almaq istədiyini daha sonra isə həmin qarpızları satmağ istədiyini demiş və tibbi maskanın isə avtomobilində olduğunu bildirmişdir. Polis əməkdaşları ona tibbi maskadan istifadə etməsini bildirmiş, daha sonra isə “xüsusi karantin rejimi” ilə bağlı icazələrinin olub-olmamasını soruşmuşdur. O isə icazəsinin olmadığını bildirirərəl polis əməkdaşları ilə mübahisə etməyə başlamış və onlara “sizdən şikayət edib, sizi işdən çıxartdıracam” deyərək hədələmişdir. Buna görə də onu polis nölməsinə gətirmişlər. Hazırda əməlindən səmimi peşiman olmasını, bir daha belə hərəkətə yol verməyəcəyini və polis əməkdaşlarından üzr istədiyini bildirərək barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə xx xxxx 2020-ci il tarixdə saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta, özünün etirafedici izahatı və Qaradağ RPİ-nin 10-cu PB-nin polis əməkdaşının izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən iki iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 12 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar