Məhkəmə qərarları › İş №3(002)-844/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-844/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-844/2020 07.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, ünvan 1 ünvanında yerləşən Şəxs Açıq Səhmdar Cəmiyyətinin bundan sonra - (ŞəxsASC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvan 1 ünvanında yerləşən Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC tərəfindən 3 ədəd “varisco JD-6-250G10” nişanlı təkərli şassi üzərində quraşdırılmış birpilləli mərkəzdənqaçma nasos qurğuları, 65 ədəd qara metaldan klapanlı kollektor, 408 ədəd su üçün filtrlər, 8 ədəd qara metaldan dirsəklər, 408 ədəd plastik kütlədən fitinqli slanqlar, 7 ədəd qaynaq tikiş veri olmayan qara metaldan borular, 6 ədəd tekstil toxuculuq materialları ilə armaturlasdırılmış fitinqsiz rezin slanqlar 45 kq tekstil toxuculuq materialları ilə armaturlaşdırılmış rezin şlanqlar yükləri **********4088 saylı xx.xx.2017-ci il tarixli Gömrük Bəyannaməsi və tərəflərindən təqdim edilmiş uzatma ərizələri əsasında xx.xx.2020-ci il tarixinədək müddətinə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmişdir Lakin, müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq Şəxs ASC tərəfindən həmin yüklərin müvəqqəti idxal müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC tərəfindən 3 ədəd “varisco JD-6-250G10” nişanlı təkərli şassi üzərində quraşdırılmış birpilləli mərkəzdənqaçma nasos qurğuları, 65 ədəd qara metaldan klapanlı kollektor, 408 ədəd su üçün filtrlər, 8 ədəd qara metaldan dirsəklər, 408 ədəd plastik kütlədən fitinqli şlanqlar, 7 ədəd qaynaq tikiş yeri olmayan qara metaldan borular, 6 ədəd tekstil toxuculuq materialları ilə armaturlaşdırılmış fitinqsiz rezin şlanqlar 45 kq tekstil toxuculuq materialları ilə armaturlaşdırılmış rezin şlanqlar yükləri **********4088 saylı xx.xx.2017-ci il tarixli Gömrük Bəyannaməsi və tərəflərindən təqdim edilmiş uzatma ərizələri əsasında xx.xx.2020-ci il tarixinədək müddətinə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 3 ədəd “varisco JD-6-250G10” nişanlı təkərli şassi üzərində quraşdırılmış birpilləli mərkəzdənqaçma nasos qurğuları, 65 ədəd qara metaldan klapanlı kollektor, 408 ədəd su üçün filtrlər, 8 ədəd qara metaldan dirsəklər, 408 ədəd plastik kütlədən fitinqli şlanqlar, 7 ədəd qaynaq tikiş yeri olmayan qara metaldan borular, 6 ədəd tekstil toxuculuq materialları ilə armaturlaşdırılmış fitinqsiz rezin şlanqlar 45 kq tekstil toxuculuq materialları ilə armaturlaşdırılmış rezin şlanqlar yüklərinin rəsmiləşdirilməsi niyyəti ilə şirkət tərəfindən **********2097 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edilmişdir. xx.xx.2020-ci il tarixli 00100-1415/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC-nin nümayəndəsi X1 xx.xx.2020-ci il tarixli 00100-1415/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs ASCtərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-cimaddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, Şəxs” ASC tərəfindən ünvanına gətirilmiş yuxarıda adı qeyd olunan yüklər **********4088 saylı xx.xx.2017-ci il tarixli Gömrük Bəyannaməsi və tərəflərindən təqdim edilmiş uzatma ərizələri əsasında xx.xx.2020-ci il tarixinədək müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş, lakin Cəmiyyət tərəfindən yüklərinin rəsmiləşdirilməsi ilə bağlı son müddətdən səkkiz gün keçdikdən sonra xx.xx.2020-ci il tarixdə gömrük orqanına müraciət edilmişdir. Məhkəmə, Şəxs ASC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ASCbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs 600 manat məbləğində cərimə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Açıq Səhimdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar