Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-845/2020 21.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi üzrə X1 iştirakı ilə, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X6 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 iştirakları ilə, Şəxs bundan sonra -(Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1376/20 nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 3(002)-1602/2019 nömrəli xx.xx.2019-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib ilk dəfə inzibati xəta törətməsi və vurduğu ziyanı tamamilə ödəməsi ilə əlaqədar məsuliyyətdən azad edilmiş, yenidən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməyə görə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 3(002)- 2389/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qərarı ilə təqsirli bilinib ona cərimə tənbehi tətbiq edilmiş, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən, yenidən Türkiyə Respublikasında fəaliyyət göstərən “Maya Promos. Org. Rek. Paz. San. Ve Tic. Ltd” şirkəti ilə arasında bağlanılmış BM043-2000 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə əsasında İHR**********4 nömrəli xx.xx.2020-ci il tarixli nvoys sənədinin müşayiəti ilə göndərilmiş “Yummy” meyvə nektarı mallarını xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********1202 sorğu nömrəli Gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirərkən malları xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 2202 99 190 1 alt yarım mövqeyində sinifləşdirməklə hər litrinə görə 0,70 ABŞ dolları məbləğində rüsum ödənməli olduğu halda, başqa kod altında təsnifatlaşdırma apararaq 8629,20 manat idxal rüsumu və 1553,26 manat Əlavə Dəyər vergisindən ibarət olmaqla 10182 manat 46 qəpik gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bu fakt 34/012/018213 nömrəli xx.xx.2020-cİ il tarixli raport, **********1202 sorğu lömrəli Gömrük bəyannaməsi, invoys, CMR, müqavilə, Mərkəzi Gömrük Ekspertizası dərəsinin 2200-013/0xx-xx/003582 nömrəli xx.xx.2020-ci il tarixli rəyi, Gömrük oəyannaməsinin elektron çıxarışları, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 3(002)- 1602/2019 nömrəli xx.xx.2019-ci il tarixli və 3(002)-2389/2019 nömrəli 21,10.2019-cu il tarixli Qərarları və işdə olan digər sənədlər ilə tam və kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsindən daxil olmuş 34/012/018213 nömrəli 36.07.20 20-ci il tarixli raportuna əsasən Şəxs MMC-nin (VÖEN № **********) jnvanına xx.xx.2020-ci il tarixdə 08K7696/08K7697 nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə daxil olmuş, **********1202 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1-3 və 5- 8-ci mal mövqeyləri üzrə mallar XİFMN-ə görə ********** alt yarımmövqeyində olmaqla, idxal rüsum dərəcəsi üzrə hər litrinə 0.30 ABŞ dolları məbləğində bəyan edilən malların kodunun düzgünlüyünün müəyyən edilməsi məqsədilə 1400-012/0xx-xx/004525 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilmişdir. Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 2200-015/0xx-xx/003455 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən Şəxs MMC-nin ünvanına İHR**********004 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 1-3 və 5-8-ci mal mövqeyi üzrə idxal olunan “YUMMY” markalı meyvə şirələri XİFMN-ə görə ********** alt yarımmövqeyində təsnifləşdirilərək hər litrinə 0.70 ABŞ dolları məbləğində rüsum ödənilməli olduğu məlum olmuşdur. Nəticə etibarı ilə idxal gömrük rüsumunda 8629.20 manat və əlavə dəyər vergisində isə 1553.26 manat rüsum fərqi yaranmışdır. Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 2200-013/0xx-xx/003582 nömrəli xx.xx.2020-ci il tarixli rəyinə əsasən Şəxs MMC-nin ünvanına İHR**********004 nömrəli xx.xx.2020-ci il tarixli invoysun 1, 2, 3, 5, 6, 7, 8-ci mövqeləri üzrə idxal olunan mallar XİF MN görə aşağıdakı qaydada sinifləşdirilir. İHR**********004 nömrəli invoys üzrə 1, 6-cı mövqeləri üzrə tərkibində spirt olmayan, (50%> meyvə şirəsi konsentratı) su, şəkər (saxaroza/qlükoza), meyvə püreləri (şaftalı püresi, ərik püresi), meyvə şirəsi konsentratı (portağal şirəsi konsentratı, alma şirəsi konsentratı) turşuluq tənzimləyicisi (limon turşusu) tərkibli “Yummy” adlı qarışıq meyvə nektarı XİF MN üzrə 2202 99 190 1 kod, 2-ci mövqeyi üzrə tərkibində spirt olmayan, (50%> meyvə şirəsi konsentratı) su, şəkər (saxaroza/qlükoza), şaftalı püresi, turşuluq tənzimləyicisi (limon turşusu) tərkibli “Yummy” adlı şaftalı nektarı XİF MN üzrə 2202 99 190 1 kod, 3, 5-ci mövqeləri üzrə tərkibində spirt olmayan, (35%> meyvə şirəsi konsentratı) su, şəkər (saxaroza/qlükoza), albalı şirəsi konsentratı, turşuluq tənzimləyicisi (limon turşusu) tərkibli “Yummy” adlı albalı nektarı XİF MN üzrə 2202 99 190 1 kod, tərkibində spirt olmayan, (10%> meyvə şirəsi konsentratı) su, şəkər (saxaroza/qlükoza), manqo püresi konsentratı, manqo dadlandırıcı,pektin, ksantan qumu, karboksimetil selluloza, rənkləndirici-karoten, 7-ci mövqeyi üzrə antioksidantaskorbin turşusu tərkibli “Yummy” adlı manqo şirəsi əsaslı içki XİF MN üzrə 2202 99 190 1 kod, 8-ci mövqeyi üzrə tərkibində spirt olmayan, (10%> meyvə şirəsi konsentratı) su, şəkər (saxaroza/qlükoza), ananas şirəsi konsentratı, ananas dadlanndırıcı, pektin, rənkləndiricikaroten, antioksidant-askorbin turşusu tərkibli “Yummy” adlı ananas şirəsi əsaslı içki XİF MN üzrə 2202 99 190 1 kod müəyyən edilmişdir. Materiala əlavə edilmiş **********1202 sorğu nömrəli Gömrük bəyannaməsi və elekton çıxarışlardan görünür ki, həmin Gömrük bəyannaməsi xx xxxx 2020-cu il tarixdə gömrük rqanına rəsmiləşdirmək üçün göndərilmiş, malın kodu Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəyindən fərqli olduğundan xx xxxx 2020-ci il tarixdə deklaranta qaytarılmış, xx xxxx 2020-ci il arixdə Gömrük bəyannaməsində mallar Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəyinə uyğun inifləşdirilməklə yenidən tərtib edilərək gömrük orqanına rəsmiləşdirilmək üçün göndərilmiş, xx xxxx 2020-ci il tarixdə rəsmiləşdirmə başa çatdırılaraq yükün buraxılışı qeydə alınmışdır. İnzibati araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi İslam Həsənovun 3(002)- 1602/2019 nömrəli xx.xx.2019-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 505-ci naddəsi ilə təqsirli bilinib ilk dəfə inzibati xəta törətməsi və vurduğu ziyanı tamamilə ödəməsi ilə əlaqədar məsuliyyətdən azad edilmiş, yenidən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi lə nəzərdə tutulan inzibati xətanı törətməyə görə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Rufan Mürsəlovun 3(002)-2389/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qərarı ilə təqsirli bilinib ona ;ərimə tənbehi tətbiq edilmiş, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati nəsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “Maya Promos. Org. Rek. Paz. San. Ve Tic. Ltd” şirkəti ilə arasında bağlanılmış BM043-2000 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə əsasında İHR**********4 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə göndərilmiş “Yummy” meyvə nektarı mallarını xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********1202 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. Həmin malların yerləşdirildiyi kodu gömrük orqanı tərəfindən laboratoriyaya verilmiş, nəticədə malın sinifləşdirildiyi kodun yalnış olduğu aşkar edilmişdir. Aşkar edilən yalnışlıqla bağlı yaranmış gömrük ödənişləri tamamilə ödənilmişdir. Malın kodunun yalnış qeyd olunması isə xarici şirkətin səhv məlumat verməsi olmuşdur. Nümayəndə son olaraq hüquqlarını müdafiə etdiyi hüquqi şəxs tərəfindən yaranmış gömrük ödənişlərinin tamamilə ödənildiyini və şirkət tərfindən törədilmiş inzibati xətanın bilərəkdən törədilməməsini nəzərə alınaraq hüquqi şəxs barəsində cərimə cəzasının aşağı həddə təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən tərtib olunmuş protokola uyğun izahat verərək əlavə olaraq izahatında bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ödənilməli olan gömrük ödənişləri tam ödənilsə də, sonuncunu əvvəllərdə eyni xətanı yenidən törətməsi qanunvericiliyə uyğun olaraq hüquqi şəxsi məsuliyyətdən azad etmir. Hesab edir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır, ona görə də qeyd olunan hüquqi şəxsin barəsində tənbeh tədbirinin görülməsi haqqında qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin (VÖEN № **********) ünvanına xx.xx.2020-ci il tarixdə 08K7696/08K7697 nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə daxil olmuş, **********1202 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1-3 və 5-8-ci mal mövqeyləri üzrə mallar XİFMN-ə görə ********** alt yarımmövqeyində olmaqla, idxal rüsum dərəcəsi üzrə hər litrinə 0.30 ABŞ dolları məbləğində bəyan edilən malların kodunun düzgünlüyünün müəyyən edilməsi məqsədilə 1400-012/0xx-xx/004525 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilmişdir. Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 2200-015/0xx-xx/003455 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən Şəxs MMC-nin ünvanına İHR**********004 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 1-3 və 5-8-ci mal mövqeyi üzrə idxal olunan “YUMMY” markalı meyvə şirələri XİFMN-ə görə ********** alt yarımmövqeyində təsnifləşdirilərək hər litrinə 0.70 ABŞ dolları məbləğində rüsum ödənilməli olduğu məlum olmuşdur. Nəticə etibarı ilə idxal gömrük rüsumunda 8629.20 manat və əlavə dəyər vergisində isə 1553.26 manat rüsum fərqi yaranmışdır. X7 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 7361853.00 AZN olan Şəxs MMC xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmış və cəmiyyətin qanuni təmsilçisi X5r. **********1202 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən ödənilməli olan 10182,46 manat pul vəsait dövlət gömrük orqanına ödənilmişdir. Qaradağ rayon Məhkəməsinin 3(002)-1602/2019 saylı xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinmiş və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunmuşdur. Qaradağ rayon Məhkəməsinin 3(002)-2389/2019 saylı xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 4214.09 (dörd min iki yüz on dörd manat doqquz qəpik) manat gömrük ödənişləri məbləğinin 70% (yetmiş faiz) həddində, yəni 2949.86 (iki min doqquz yüz qırx doqquz manat səksən altı qəpik) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən bəyan edilmiş mallardan əlavə bəyan olunmayan mallara görə ödənilməli olan 10182,46 manat vəsait Dövlət Gömrük Orqanına tam şəkildə ödənildiyindən hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə görə, “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür və bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini və məsuliyyəti yüngülləşdirən hal kimi hüquqi şəxs tərəfindən gömrük ödənişlərinin tam ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və o, həmin maddənin sanksiyasında nəzərdə tutulan gömrük ödənişlərinin məbləğinin müəyyən faizi məbləğdə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan gömrük ödənişlərinin dəyərinin 70 (yetmiş) faizi məbləğdə yəni, 7127.72 (yeddi min yüz iyirmi yeddi manat yetmiş iki qəpik) məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-845/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-845/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver