Məhkəmə qərarları › İş №3(002)-846/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-846/2021

21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-846/2021 21.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7, borclu Şəxs barəsində 21 iyun 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-1794/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1794/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8590 (səkkiz min beş yüz doxsan) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İcra sənədi 05 yanvar 2021-ci il tarixdə icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Bu günədək borclu heç bir ödəniş etməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli 1(002)-200/2019 saylı hökmünə əsasən Şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona görə ki, Şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 31 may 2017-ci il tarixdə saat 13:00 radələrində X3 məxsus ünvan 2 ünvanında yerləşən evin qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq mənzildən 5200 manat nağd pulu, 50 qəpiklik sikkələrdən ibarət 110 manat məbləğində pul olan 800 qramlıq şüşə balonu,ümumi çəkisi 110 qram olan 750 əyarlı qızıldan hazırlanmış 3000 manat dəyərində brillyant qaşlı boyunbağı- üzük-bilərzik-sırğa dəstini, 1 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 25 manat dəyərində üzərində gözmuncuğu olan aralığı, 2 ədəd biri 130 manat digəri 115 manat dəyərində üzükləri, əlavə 10 manat nağd pulu gizli yolla talayaraq, ümumilikdə X3 8590 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən borclu tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra tələbkar yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona dəymiş ziyanın ödənilməsi məqsədi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmiş və Qaradağ rayon Məhkəməsinin 2(002)-1794/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Bütün bu halların nəzərə alınaraq borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 öz izahatında bildirmişdir ki, Şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 31 may 2017-ci il tarixdə saat 13:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsində ona məxsus evin qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq mənzildən 5200 manat nağd pulu, 50 qəpiklik sikkələrdən ibarət 110 manat məbləğində pul olan 800 qramlıq şüşə balonu,10 qram olan 750 əyarlı qızıldan hazırlanmış 3000 manat dəyərində brillyant qaşlı boyunbağı- üzük-bilərzik-sırğa dəstini, 1 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 25 manat dəyərində üzərində gözmuncuğu olan aralığı, 2 ədəd biri 130 manat digəri 115 manat dəyərində üzükləri, əlavə 10 manat nağd pulu gizli yolla talayaraq, ümumilikdə ona 8590 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Borclu ona 8590 manat maddi ziyanı nə istintaqda, nə də məhkəmə iclasları zamanı ödəməmiş, ödəmək üçün cəhd belə etməmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, pulun hissə-hissə ödənilməsi ilə razı olmamaqla, ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır. Lakin Qaradağ rayon Məhkəməsinin müvafiq hökmü ilə razılaşmadığı üçün apellyasiya və kassasiya qaydasında şikayətlər vermiş, lakin onun şikayətləri təmin edilməmişdir. Qaradağ rayon Məhkəməsinin 2(002)-1794/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra vərəqəsindən o, 2021-ci ilin yanvar ayında xəbər tutmuş, borcunu ödəməyə cəhd etmişdir. Lakin 2021-ci ilin fevral ayında rəsmi olaraq iş yerində ixtisara düşmüş və nəticədə işdən çıxarılmışdır. Bugün, yəni 21 iyun 2021-ci il tarixdə məhkəmə iclasından qabaq icra məmuru ona tələbkarın bank hesab nömrələrini vermişdir. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməməklə heç bir qazanca malik deyildir. Lakin, özünə qısa müddət ərzində iş tapacaq və söz verir ki, borcunu qısa müddətdə ödəyəcəkdir. Hal-hazırda Qaradağ rayon Məhkəməsinin müvafiq hökmünə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza çəkir və bu da onun rəsmi işə girərək qazanc əldə etməsində böyük çətinliklər yaradır. Törətdiyi əmələ görə səmimi peşimançılıq hissi çəkir. Onun maddi vəziyyətini, yaranmış borcunu qısa müddət ərzində ödəyəcəyini söz verməsini nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 21 iyun 2021-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, hal-hazırda rəsmi bir yerdə işləməməklə müvafiq gəlirə malik olmamasını, eləcə də hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkməsini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar