Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-846/2022 17.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx) subay, ali təhsilli, SOCAR-da əməyin mühafizəsi üzrə mühəndis işləyən, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyat olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:20 radələrində Qaradağ rayonu, Lökbatan-Qobu yolunda 1996-cı il təvəllüdlü vətəndaş Şəxs etibarnamə əsasında idarə etdiyi Kia Rio markalı Az ** RN *** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan istiqamətində hərəkətdə olarkən Qobu Park yaşayış kompleksinin giriş hissəsindən təxminən 600 metr aralıda yolun ziqzaqvari döngəli hissəsində qarşıda təhlükəli döngə olduğunu əvvəlcədən görmədiyi üçün, döngəyə çatanda dönmə manevrini düzgün yerinə yetirə bilməmiş və idarəetməni itirdiyi üçün avtomobil 1.1 üfüqi xəttini kəsərək əks istiqamətli nəqliyyat axınının yoluna çıxmışdır. Bu zaman onun avtomobili əks istiqamətli hərəkət zolağında yəni Qobu istiqamətində hərəkətdə olan vətəndaş Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze markalı, Az ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs və Kia markalı avtomobildə olan sərnişin X2 hər ikisi yüngül bədən xəsarəti almışlar. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Nümayəndə tərtib etdiyi protokolu müdafiə etdiyini və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2020-ci ildən bəri sürücülük təcrübəsi var. BC kateqoriyalı sürücüdür. xx.xx.2022-ci il tarixində saat təxminən 20:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı Az ** RN *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda təxminən 70 km sürətlə Lökbatan-Qobu yolu ilə Lökbatan istiqamətində hərəkətdə olmuşdur. Qobu-Park yaşayış kompleksini keçdikdən təxminən 600-700 metr sonra yolun ziqzaqvari döngəli olduğunu bilmədiyi üçün, həmin yerə çatanda dönə bilməmiş və sola, yəni əks istiqamətli hərəkət zolağına çıxmışdır. Bu zaman əks istiqamətdən gələn “Chevrolet Cruze” markalı Az ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxdığına görə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı özü xəsarət almamış, lakin onun idarə etdiyi avtomobildə öndə əyləşmiş dayısı oğlu X1 başı alın şüşəsinə dəydiyi üçün o, xəsarət almışdır. Hadisədən sonra təcili yardımla onu 1 saylı X5 apardılar və tibbi yardım göstərib evə buraxdılar. Chevrolet markalı avtomobildə isə heç kəs xəsarət almamışdı. O hadisənin baş verməsində təqsirli olduğunu bilir. Çünki hadisə əks istiqamətli nəqliyyat axınının yolunda baş vermişdir. Hazırda Zərərçəkmiş şəxs ona qarşı şikayəti yoxdur. Göstərilənləri, özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasınınəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid R.B.Mustafa oğlu izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixində saat təxminən 20:20 radələrində bibisi oğlu Şəxs etibarnamə əsasında idarə etdiyi “Kia Rio" markalı Az ** RN *** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan-Qobu yolu ilə Lökbatan istiqamətində hərəkətdə idilər. O ön sərnişin yerində əyləşmişdi. Qobu-Park yaşayış kompleksini keçdikdən təxminən 600-700 metr sonra yolun ziqzaqvari döngəli olduğu hissədə Rəşad döngəni dönə bilməmiş və sola, yəni əks istiqamətli hərəkət zolağına çıxmışdır. Bu zaman əks istiqamətdən gələn "Chevrolet Cruze” markalı Az ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxdığına görə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı onun başı alın şüşəsinə dəydiyi üçün alnından xəsarət almışdır. Hadisədən sonra onu ambulansla 1 saylı X5 aparmışlar və tibbi yardım göstərib evə buraxmışlar. Hal-hazırda səhhəti yaxşıdır. Hadisə ilə bağlı bibisi oğlu Şəxs şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq prosesdə üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və Şəxs qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 04 iyul 2022-ci il tarixli 457 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – sağ bazu oynağının cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ çiyin qurşağının və sağ bazu oynağının qançır-şişkinliyi halında əziyi, hər iki süd vəzinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 7-9 gün əvvəl, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sürücüsü olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilər. İş materiallarında olan 27 iyun 2022-ci il tarixli, 2/21361 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:20 radələrində Qaradağ rayonu, Lökbatan-Qobu yolunda 1996-cı il təvəllüdlü Şəxs etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı Az ** RN *** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan istiqamətində hərəkətdə olarkən Qobu Park yaşayış kompleksinin giriş hissəsindən təxminən 600 metr aralıda yolun ziqzaqvari döngəli hissəsində qarşıda təhlükəli döngə olduğunu əvvəlcədən görmədiyi üçün, döngəyə çatanda dönmə manevrini düzgün yerinə yetirə bilməmiş və idarəetməni itirdiyi üçün avtomobil 1.1 üfüqi xəttini kəsərək əks istiqamətli nəqliyyat axınının yoluna çıxmışdır. Bu zaman onun avtomobili əks istiqamətli hərəkət zolağında yəni Qobu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze markalı, Az ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs və Kia markalı avtomobildə olan sərnişin X2 hər ikisi yüngül bədən xəsarəti almışdırlar. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı heç bir şikayətinin olmamasını və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xaraktertizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yeganə qazanc yerinin sürücülük fəaliyyəti olmasını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-846/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-846/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver