Məhkəmə qərarları › İş №3(002)-849/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-849/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-849/2021 22.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-3258/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 3258/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Alıyeva (Bağırova) Ülkər İldırım qızından 1755 manat borcun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bu günə kimi borclu heç bir ödəniş etməmişdir. Hazırda isə borclu tələbkara olan borcunu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, qətnamədən xəbəri var, lakin barəsində tərtib edilmiş protokolla razı deyil, belə ki, o, borcunu ödəmiş və heç kimə qarşı ödənməmiş borcu yoxdur. O, daha sonra öz izahatında göstərmişdir ki, evli olmaqla himayəsində iki azyaşlı uşağı var və heç bir yerdə işləmir. Məhkəmə iş materiallarını araşdıraraq və izahatları dinləyərək hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş materialda Şəxs himayəsində həqiqətən də azyaşlı uşaqlarının olub-olmaması müəyyən edilməmiş, ümumiyyətlə ailə tərkibi barədə heç bir araşdırma aparılmamışdır. Bundan başqa inzibati araşdırma zamanı tələbkarın da iştirakı təmin edilməməklə hazırda onun şikayətçi olub-olmaması və eləcə də ona vurulmuş ziyanın ödənilib-ödənilməməsi aydınlaşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qeyd olunan məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmasını müəyyən etmək və barəsində qanunvericiliklə müəyyən olunmuş inzibati tənbeh tədbirinin tədbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar