Məhkəmə qərarları › İş №3(002)-85/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-85/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-85/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2537/20 nömrəli 07 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına X1 31K15889/61AAG231 nömrə nişanlı yük avtomaşınında 300FZE304005005 Bauermeister nömrəli 29.09.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük idarəsində **********3574 sorğu nömrəli 29.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında bəyan edilmiş malların XİFİVİN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X3 İdarəsinə 1400-012/002-25/008366 nömrəli 30.10.2020-ci il tarixli məktubla müraciət olunmuş həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə qöndərilmiş, 2200-016/003-25/006227 nömrəli 26.11,2020-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması nəticəsində müəvvən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 'Karbamid” Zavodunun ünvanına 300FZE304005005 Bauermeister nömrəli 29.09.2020-ci il tarixli invoys üzrə idxal ’’Bauermeister” markalı ”VWR 400x 2100” tipli karbamidin istehsalı üçün kimyəvi maddələrin üyüdülməsi üçün avadanlığın yığılmamış vəziyyətdə valı XİF MN-ə görə “8483 10 950 0” alt yarımmövqeyində, “Steute” nişanlı 6 A cərəyan gücünə hesablanmış qapı qoruyucu blokun relesi XİF MN-ə görə “8536 41 900 0 yarımmövqeyində, Şkif XİF MN-ə görə 8483 50 800 0 yarımmövqeyində, ” Bauermeister” markalı ”VWR 400x 2100” ” tipli karbamidin istehsalı üçün kimyəvi maddələrin üyüdülməsi üçün hissələri XİF MN-ə görə 8479 90 800 0 yarımmövqeyində, Kürəcikli diyirlənmə yastiq XİF MN-ə görə 8482 10 900 9 yarımmövqeyində, ” Bauermeister” markalı ”VWR 400x 2100” tipli avadınlığın plastikdən altliğı XİF MN-ə görə 3926 90 970 9 yarımmövqeyində, Vulkanlaşdırılmış rezindən araqat XİF MN-ə görə 4016 93 000 9 yarımmövqeyində, Poladdan dişli çarx , dişli çarx komplekti XİF MN-ə görə 8483 90 810 0 yarımmövqeyində, Hidravlik silindr XİF MN-ə görə 8412 39 000 0 yarımmövqeyində, “Festo “ nişanlı tənzimləyici reduksiya klapanı XİF MN-ə görə 8481 10 990 0 yarımmövqeyində, Qara metaldan zəncir XİF MN-ə görə 7315 12 000 0 yarımmövqeyində, Vallar üçün flanslı sürüşmə yastığı XİF MN-ə görə 8483 30 800 0 yarımmövqeyində, “Festo” nişanlı qapıların bağlanması üçün maqnitli bobin XİF MN-ə görə 8505 90 900 0 yarımmövqeyində, Qara metaldan olan zəncirin yay hissəsi (dəst) XİF MN-ə görə 7315 19 000 9 yarımmövqeyində sinifləşdirilir. X3 idarəsinin rəyinə əsasən malların yuxarıda qeyd edilən cədvəldə göstərildiyi kimi sinifləsdirildiyi təqdirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs idxal rüsumu üzrə 713,00 manat, ƏDV üzrə 128,00 manat, elektron gömrük xidməti haqqı üzrə 30,00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,40 manat olmaqla ümumilikdə 876,40 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs **********3574 sorğu nömrəli 29.10.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 876,40 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin, **********7057 sorğu nömrəli 23.08.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 6518,93 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1847/20 saylı iş üzrə icraat başlanılmışdır, ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs barəsində 00100- 1847/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/1805 nömrəli 03.09.2020-ci il tarixli Qərarla xitam verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs **********5480 sorğu nömrəli 22.10.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 11370,95 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Zavod barəsində 00100-2394/20 nömrəli protokol tərtib edilmiş və toplanmış materiallar 1400-013/006-22/008716 nömrəli 13.11.2020-ci il tarixli məktubla Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs mütamadi olaraq müxtəlif avadalıql hissələrini ölkə ərazisinə idxal edir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən bu cür hallara əvvəllərdə yol verilmişdir. Cari ildə hüquqi şəxs tərəflərindən eyni inzibati xəta törədilmiş, lakin vurulmuş ziyan aradan qaldırıldığından adı qeyd olunan hüquqi şəxs barəsində başlanılmış işə xitam verilmişdir. Bütün təşkilatların olduğu kimi Şəxs da zərurət olduğu halda idxal etdiyi malların gömrük bəyannaməsi tərtib edilib gömrük orqanına verilməsindən öncə malların XİF MN uyğun kodlarını müəyyən etmək üçün DGK-nin X3 İdarəsinə müraciət etmək hüququ və malların kodunun müəyyən etdikdən sonra malların bəyan edilə biləcəyi bildirmişdir. Hesab edir ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirini tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına X1 yük avtomaşınında daxil olmuş avadanlıq hissələri Bakı Baş Gömrük idarəsində 29.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, sözügedən mallar yükü ixrac edən şirkət tərəfindən göndərilmiş sənədlər əsasında rəsmiləşdirilmiş, həmin sənədlərdə malların XİFMN üzrə olan kodları olduğu kimi öz əksini tapsa da, sonradan X3 idarəsinin rəyinə əsasən qeyd edilən malların kodlarının fərqli olduğu məlum olmuşdur. Hazırda verilmiş rəylə razı deyillər. Hesab edir ki, mallar ixrac bəyannaməsinə uyğun olaraq sinifləşdirilməlidir. Təmsil etdiyi hüquqi şəxs barəsində tərtib edilmiş protokolla razı deyil, ona görə də təmsil etdiyi hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X3nın 26.11.2020-ci il tarixli rəyinin nəticəsinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 'Karbamid” Zavodunun ünvanına 300FZE304005005 Bauermeister nömrəli 29.09.2020-ci il tarixli invoys üzrə idxal ’’Bauermeister” markalı ”VWR 400x 2100” tipli karbamidin istehsalı üçün kimyəvi maddələrin üyüdülməsi üçün avadanlığın yığılmamış vəziyyətdə valı XİF MN-ə görə “8483 10 950 0” alt yarımmövqeyində, “Steute” nişanlı 6 A cərəyan gücünə hesablanmış qapı qoruyucu blokun relesi XİF MN-ə görə “8536 41 900 0 yarımmövqeyində, Şkif XİF MN-ə görə 8483 50 800 0 yarımmövqeyində, ” Bauermeister” markalı ”VWR 400x 2100” ” tipli karbamidin istehsalı üçün kimyəvi maddələrin üyüdülməsi üçün hissələri XİF MN-ə görə 8479 90 800 0 yarımmövqeyində, Kürəcikli diyirlənmə yastiq XİF MN-ə görə 8482 10 900 9 yarımmövqeyində, ” Bauermeister” markalı ”VWR 400x 2100” tipli avadınlığın plastikdən altliğı XİF MN-ə görə 3926 90 970 9 yarımmövqeyində, Vulkanlaşdırılmış rezindən araqat XİF MN-ə görə 4016 93 000 9 yarımmövqeyində, Poladdan dişli çarx , dişli çarx komplekti XİF MN-ə görə 8483 90 810 0 yarımmövqeyində, Hidravlik silindr XİF MN-ə görə 8412 39 000 0 yarımmövqeyində, “Festo “ nişanlı tənzimləyici reduksiya klapanı XİF MN-ə görə 8481 10 990 0 yarımmövqeyində, Qara metaldan zəncir XİF MN-ə görə 7315 12 000 0 yarımmövqeyində, Vallar üçün flanslı sürüşmə yastığı XİF MN-ə görə 8483 30 800 0 yarımmövqeyində, “Festo” nişanlı qapıların bağlanması üçün maqnitli bobin XİF MN-ə görə 8505 90 900 0 yarımmövqeyində, Qara metaldan olan zəncirin yay hissəsi (dəst) XİF MN-ə görə 7315 19 000 9 yarımmövqeyində sinifləşdirilir. Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova ünvanlanmış 27 noyabr 2020ci il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına 61K5889/61AAG231 nömrəli avtomaşınla, 300FZE304005005J3auermeister saylı, 29.09.2020 - ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3574 sorğu nömrəli, 29.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə "**********” saylı kod altında 0 %-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-016/003-25/006227 saylı, 26.11,2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 300FZE304005005_Bauermeister saylı, 29.09.2020 -cı il tarixli invoysun üzrə idxal olunan "Mərkəzi yağlama sistemlərinin hissələri” yük XİF MN üzrə “**********” saylı kod altında sinifləşdirildiyi, yəni “15" % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********3574 sorğu nömrəli 29.10.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş “Nəqliyyat vasitəsi üçün araqatlar” yüklərinin XİF MN , üzrə “**********” saylı kodlar altında sinifləşdirildiyi təqdirdə “KARBAMİD" Zavodunun ^tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 713 azn, ƏDV üzrə 128 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X6 07.12.2020-ci il tarixli 00100-2537/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 03.09.2020-ci il tarixli, “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində 00100-1847/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iş üzrə verdiyi izahatını və iş materiallarını tədqiq edərək, barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X2 izahatını və gətirdiyi dəlilləri hüquqi şəxsin müdafiəsi kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxsna tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə yəni, 613,48 (altı yüz on üç manat qırx səkkiz qəpik) məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar