Məhkəmə qərarları › İş №3(002)-851/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-851/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-851/2020 24.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxx 1969-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xadiməçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X14 borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-1914/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixdə verilmiş icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1914/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən, cavabdehlər X3 və Şəxs iddiaçı X4 xeyrinə müştərək qaydada 5000 manat məbləğində pul tutulması qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Borcludan xx.xx.2020-ci il tarixdə izahat alınmış, borclu izahatında icra sənədindən xəbərdar olduğunu, maddi imkanı olmadığından öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Bununla da borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X14 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə borclu tərəfindən bu günə kimi hər hansı müsbət addım atılmamışdır. İcra sənədi üzrə tələbkarın xeyrinə ödənilməli olan 5000 manat borcdan heç bir məbləğ ödənilməmişdir. İcra sənədinin icrası ilə bağlı aidiyyətı orqanlara sorğular edilmişdir. Sorğuya cavablara əsasən müəyyən olunmuşdur ki, borclu Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xadiməçi işləməklə hər ay 195 manat rəsmi əmək haqqı alır. Borclu icra şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. O izahatında borclu olduğunu qəbul etdiyini və borc məbləğinin əmək haqqından tutulmasına etiraz etmədiyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ******* saylı xx xxxx 2020-ci il tarixli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1914/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən, X3 və Şəxs müştərək qaydada 5000 manat məbləğində pul onun xeyrinə tutulmalı olsa da, borclu şəxslər icra sənədi üzrə öz öhdəliyini yerinə yetirməyərək, icra sənədlərinin icrasından yayınmışlar. Hazırda barəsində inzibati icraat aparılan Şəxs qızı mövcud ümumi 5000 manat məbləğində borcundan məhkəmə baxışı gedişində 300 manat ödəniş etdiyini və ödənilməmiş qalan məbləğinin isə hissə-hissə ödənilməsi ilə bağlı aralarında razılıq əldə edərək sonuncuya qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, inzibati iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1914/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli icra sənədindən xəbərdardır və həmin icra sənədinə əsasən yaranmış ümumi 5000 manat məbləğində aliment borcunu maddi imkanı aşağı olduğundan ödəmək iqtidarında olmamışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xadiməçi işləməklə hər ay 195 manat rəsmi əmək haqqı alır və həmin məbləğin əmək haqqısından tutularaq tələbkarın xeyrinə ödənilməsinə etiraz etmir. Hazırda məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığı dövrdə 300 manat miqdarında borcun ödənilməsini təmin etdiyini bildirərək, qalıq qalan məbləğinin isə hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla razılığa gəldiklərini sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1914/2019 saylı xx xxxxxxx 2019cu il tarixli icra vərəqəsinə əsasən, cavabdehlər X3 və Şəxs iddiaçı X4 xeyrinə müştərək qaydada 5000 manat məbləğində pul tutulması qət edilmişdir. İcraata başlama haqqında xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1914/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və inzibati xəta haqqında materiala əlavə edilmiş X6 ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə borcun ödənilməsi ilə bağlı razılığa gəlmişlər və bu səbəbdən də sonuncuya qarşı heç bir şikayət tələbi yoxdur. xx xxxx 2020-ci il tarixli qəbzə əsasən, borclu Şəxs və X5 tərəfindən X7 300 manat ödəniş edilmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı həbi hissəsində xadiməçi vəzifəsində çalışır və əmək haqqı 195 manat təşkil edir. AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş materialları və məhkəmə iclasında aparılmış inzibati araşdırma nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs izahatlarında könüllü olaraq öz iş yeri barədə məlumatlar verməklə, mövcud borcun onun əmək haqqına yönəldilməklə icra sənədinin icrasının təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Belə olan halda Azərbaycan Respublikası “İcra Haqqında” qanununun 43-cü maddəsinin tələblərinə uyğun olaraq icra məmuru borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka, habelə tələbin borclunun əmək haqqına yönəldilməsi kimi üzərinə qanunvericiliyin imperativ olaraq qoyduğu vəzifələri yerinə yetirmədən, birbaşa olaraq borclu barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərmişdir. Həmçinin borclu Şəxs könüllü olaraq məhkəmə baxışı gedişatında borcundan tələbkarın xeyrinə 300 manat ödəniş etməsi onun hərəkətlərinin icra sənədinin üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməməli, əksinə icra sənədinin icra olunmasında maraqlı olmasını göstərən faktor kimi nəzərə alınmalıdır. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar