Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-853/2022 12.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, Tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3B, mənzil 23 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5, borclu Şəxs barəsində protokol tərtib edərək, Binəqədi rayon Məhkəməsinin e-2(001)-1309/2021 saylı, 25 noyabr 2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə Qaradağ rayon Məhkəməsində baxılmış və Qaradağ rayon Məhkəməsinin 3(002)-853/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardan Zərərçəkmiş şəxs MMC tərəfindən apellyasiya şikayəti verilmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2151/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qərarına əsasən tələbkar Zərərçəkmiş şəxs MMC-nin direktoru Yusif İsmayılov tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhər Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi rayon Məhkəməsinin e- 2(001)-1309/2021 saylı, 25 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 62500 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxsnə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun Şəxs tutularaq Zərərçəkmiş şəxsnə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmiş bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 28 iyul 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan icra işi icra məmuru X2 icraatında olsa da hal-hazırda o məzuniyyətdə olduğu üçün icra işi ona həvalə edilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X3 öz izahatında qeyd olunan icra sənədi üzrə borclu tərəfindən hal-hazıradək heç bir ödəniş edilmədiyini bildirərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-1309/2021 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən və icra sənədindən yalnız 28 iyul 2022-ci il tarixdə işə Qaradağ rayon Məhkəməsində baxılarkən xəbəri olmuşdur. Belə ki, özü Şamaxı rayonunda təsərrüfatla məşğul olur, qeydiyyatda olduğu ünvanda yaşamır, ünvan 2ayısı öz ailəsi ilə birlikdə yaşayır. İcra məmuru tərəfindən icra tədbirlərinə dair tərtib edilərək göndərilmiş xəbərdarlıq və bildiriş məktublarından xəbərsiz olmuşdur, onların kim tərəfindən qəbul edildiyini bilmir. Ehtimal edir ki, həmin məktubları dayısı və ya dayısının arvadı almışdır, lakin onlarla münasibətinin qənaətbəxş olmaması səbəbindən qərəzli şəkildə həmin məktublar barədə ona məlumat verilməmişdir. Halhazırda rəsmi qaydada heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs MMC-yə olan borcu Elşən adlı tanışına aiddir. Bu hal həmin Cəmiyyətin rəhbərliyinə də məlumdur. Belə ki Ələkbər Hüseynov adlı tanışı ondan xəbərsiz şəkildə onun şəxsiyyət vəsiqəsinin şəklini çəkib və digər ortaq tanışı olan Elşən adlı şəxsə vermişdir. Bu hadisədən bir ay keçdikdən sonra Elşən onu Zərərçəkmiş şəxs MMC-yə dəvət etmiş, orada həmin MMC-nin rəhbərliyi tərəfindən aldadılaraq Zərərçəkmiş şəxs MMC-yə veriləcək 62500 manat məbləğində borcun etirafı barədə ərizəyə bilməyərəkdən imza etmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəsi olmadığı üçün heç bir orqana müraciət edə bilmir, sənədini bərpa etdikdən sonra şirkətə olan borc məsələsinə aydınlıq gətirəcəkdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 28 iyul 2022-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Belə ki, iş materiallarından aydın olur ki, qeyd olunan inzibati işə 28 iyul 2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsində baxılarkən borclu eyni məzmunlu izahat verərək qətnamənin icrasından bir növ yayınmaq məqsədi daşımışdır. Çünki, borclunun həqiqətən də həmin qətnaməni mübahisələndirmək fikri olsaydı 28 iyul 2022-ci il tarixdən hal-hazıradək keçən bir ay on beş gün müddəti ərzində qətnamədən apellyasiya məhkəməsinə şikayət vermək məqsədilə müəyyən hərəkətlər etmiş olardı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, hal-hazırda rəsmi qaydada işləməməklə müvafiq gəlirə malik olmasını təsdiq edəcək mötəbər sübutların olmamasını və eləcə də qeyd olunan mülki işə görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-853/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-853/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver