Məhkəmə qərarları › İş №3(002)-855/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-855/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-855/2021 08.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ RPİ-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Qaradağ RPİ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 08 iyun 2021-ci il tarixdə saat 21:30-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ərazisində idarə etdiyi “Kamaz 65115 Yük” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, avtomobil yüklü olduğundan çadırdan istifadə məcburidir. Lakin o, çadırdan istifadə etmədiyi üçün kameralar və ya polis əməkdaşları tərəfindən cərimələnə bilərdi. Bir sürücü dostunun məsləhəti ilə o, maşının ön hissəsindəki dövlət qeydiyyat nişanını gizlətmək, beləcə də cərimələnməkdən xilas olmaq üçün kağız parçasından istifadə etmişdir. Polis əməkdaşları onu saxlayaraq nömrənin üzərini niyə bağladığını soruşduqda o vəziyyəti başa salmış, lakin polis əməkdaşları onu dinləməmiş və onun vəziyyətini nəzərə almamışlar. O məcburiyyət qarşısında qalaraq bu hərəkəti törətmişdir. Odur ki, barəsində başlanmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində yuxarıda qeyd olunan İXM-nin 342.9-cu maddəsinin tərkibi sübuta yetirildiyindən həmin maddənin sanksiya çərçivəsində cərimə olunmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən Şəxs özünün etiraf edici izahatından və iş materiallarına əlavə edilmiş bir ədəd foto şəkildən də görünür ki, qeyd olunan avtomobilinin qeydiyyat nişanının sonuncudan əvvəlki rəqəminin görünüşü kağız parçasına oxşar müəyyən örtükdən istifadə edilərək tamamilə oxunmaz vəziyyətə gətirilmişdir. Eləcə də tərtib edilmiş protokoldan aydın olur ki, Şəxs protokol tərtib edilərkən öz izahatında törətdiyi inzibati xətanı etiraf edərək protokolu imzalamışdır. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində göstərilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam təsdiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və iş materiallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 349.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilməsi daha məqsədə müvafiqdir. Bundan başqa qeyd olunan maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, hazırki işdə müsadirənin tətbiq edilməsinə zərurət aradan qalxmışdır. Belə ki, inzibati işin materiallarından və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dövlət qeydiyyat nişanının sonuncudan əvvəlki rəqəminin üzəri hər hansı bir dəyərə malik olmayan kağıza oxşar əşyadan istifadə etməklə örtülmüş və həmin əşya hazırda mövcud olmamaqla məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar