Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-856/2020 10.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Şəxs Gənclərin X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Qaradağ Rayon Məhkəməsinə Şəxs Gənclərin X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Gənclərin X1 ünvanına X6 “Manchester Shippinq” şirkətindən 43E59710/43E59810 nömrə nişanlı yük avtomaşınının üzərində olan GESU ******* nömrəli konteynerlə daxil olmuş 899 verdən ibarət 19156,00 kq “metal mebellər” yükü **********7026 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə, 59E46910/59E47010 nömrə nişanlı yük avtomaşınının üzərində olan GESU ******* nömrəli konteynerlə daxil olmuş 708 verdən ibarət 19554,00 kq “metal mebellər” yükü **********7043 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2020-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş sözügedən malların rəsmiləşdirilməsi Şəxs Gənclərin X3 tərəfindən təmin edilməmişdir. Bildiririk ki, Şəxs Gənclərin X3 tərəfindən **********0848 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanc müddətinin tələblərinə əməl olunmadığı üçün Mərkəz barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 00100-2019/19 nömrəli protokol tərtib edilmiş və toplanmış materiallar 1400-013/006- 24/007681 saylı xx.xx.2019-cu il tarixli məktubla Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin, **********4837 sorğu nömrəli və **********2519 sorğu nömrəli gömrük bəyannamələri üzrə müvəqqəti saxlanc müddətinin tələblərinə əməl olunmadığı üçün Mərkəz barəsində 00100-0309/20, 00100-0310/20 nömrəli protokollar tərtib edilmiş və toplanmış materiallar 1400-013/0xx-xx/003161 və 1400-013/0xx-xx/003162 saylı xx.xx.2020-ci il tarixliməktublarla Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gömrük Xidmətinin “X2 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli **********7026 sorğu nömrəli və **********7043 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin sontarixi xx.xx.2020-ci il müəyyən edilmişdir xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Nəsimi rayonu, Cavad Xan, ev 20, mənzil 59 ünvanında qeydiyyatda olan Şəxs Gənclərin X1 ünvanına X6 “Manchester Shipping” şirkətindən 43E59710/43E59810 nömrə nişanlı yük avtomaşınının üzərində olan GESU ******* nömrəli konteynerlə daxil olmuş 899 yerdən ibarət 19156,00 kq “metal mebellər” yükü **********7026 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə, 59E46910/59E47010 nömrə nişanlı yük avtomaşınının üzərində olan GESU ******* nömrəli konteynerlə daxil olmuş 708 yerdən ibarət 19554,00 kq “metal mebellər” yükü **********7043 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə 11,02.2020-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı "Şəxs” Gənclərin X1 nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X7 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, "Şəxs” Gənclərin X1 ünvanına X5 59E46910/59E47010 nömrə nişanlı yük avtomaşınının üzərində olan GESU ******* nömrəli konteynerlə daxil olmuş mallar **********7043 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə, 43E59710/43E59810 nömrə nişanlı yük avtomaşınının üzərində olan GESU ******* nömrəli konteynerlə daxil olmuş mallar **********7026 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə 11,02.2020-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, maliyyə vəsaitinin olmaması səbəbindən müəyyən edilmiş müddət ərzində sözügedən malların rəsmiləşdirilməsi təmin edilməmiş, müvəqqəti saxlanc müddəti pozulmuşdur. Həmçinin, o izahatında xx.xx.2019-cu il tarixli **********7026 sorğu nömrəli və **********7043 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmiş malların ünvan 2 ünvanda yerləşən anbarda saxlanıldığını, gömrük qaydalarının pozulduğunu etiraf etdiklərini bildirmişdir. xx.xx.2020-ci il tarixli 00100-1454/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gənclərin X1 nümayəndəsi X9 xx.xx.2020-ci il tarixli 00100-1454/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-549/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Gənclərin X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Gənclərin X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Şəxs Gənclərin X3 tərəfindən xx.xx.2019-cu il tarixli **********7026 sorğu nömrəli və **********7043 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, Cəmiyyət tərəfindən sözü gedən mallar rəsmiləşdirilməmiş və ya digər gömrük prosedur altında yerləşdirilməsi barədə heç bir tədbir görülməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini və eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini (İXM-33.1.2) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Gənclərin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Gənclərin X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-856/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-856/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver