Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-859/2020 27.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qasımov Qafil Akif oğlunun, Tələbkar Məmmədova Aynur Yaşar qızının 10 saylı vəkil bürosunun vəkili Əliyev Əlisəfa Qurban oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Zabil Ədalət oğlunun iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 39 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz həyət evində yaşayan Məmmədov Zabil Ədalət oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Qafil Akif oğlu, borclu Məmmədov Zabil Ədalət oğlunun barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-456/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Qafil Akif oğlu izahat verərək bildirdi ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 456/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxx 2014-cü il təvəllüdlü Məmmədova Fatimə Zabil qızı və xx xxxx 2016-cı il təvəllüdlü Məmmədov Rza Zabil oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2017-ci il tarixdən başlayaraq Məmmədov Zabil Ədalət oğlundan hər ay hər uşağa görə 136 manat sabit pul məbləğində alimetn və hər ay bir uşağa 50 manat əlavə xərc tutularaq tələbkar Məmmədova Aynur Yaşar qızına verilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Bundan sonra tələbkar Məmmədova Aynur Yaşar qızı xx xxxxx 2018-ci il tarixdə notariat qaydada borclu Məmmədov Zabil Ədalət oğlu ilə öz aralarında razılığa gələrək xx xxx 2019-cu ilə kimi borclunun ona alimenti ödədiyi üçün ona qarşı heç bir şikayət və tələbi olmamışdır. Daha sonra isə xx xxx 2019-cu il tarixdən borclu ona təyin edilmiş 322 manat miqdarında alimentdən hər ay hissə-hissə olaraq, yəni 100-150 manat ödənişlər etməsinə baxmayaraq onun bü günə ödənilməmiş 2940 manat miqdarında aliment borcu yaranmışdır. Qeyd olunan aliment borcu protokolda 2590 manat göstərilsə də tələbkar və borclunun iştirakı ilə dəqiqləşdirilərək borcun ümumi miqdarının 2940 manat olması müəyyən edilmişdir. Borclu ilə əlaqə saxlanılaraq icra şöbəsinə gəlməsi xahiş olunsa da o, icra şöbəsinə gəlməmiş və gəlməməsinin səbəbləri barədə də üzrlü səbəblər bildirməmişdir. Buna görə də xx xxxx 2020-ci il tarixdə “borclunun axtarışı haqqında” qərar qəbul edilmiş və borclu xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə gətirilmişdir. Hazırda borclunun tələbkara 2940 manat məbləğində aliment borcunu ödəmədiyinə görə və icra və probasiya şöbəsinə gəlməkdən yayındığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Buna görə də borclu Məmmədov Zabil Ədalət oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Məmmədova Aynur Yaşar qızı öz izahatında borclunun hal-hazırda 2940 manat aliment borcunun olmasını və həmin borcun tam ödənilməsini xahiş etmişdir. Tələbkar Məmmədova Aynur Yaşar qızı ərizə ilə məhkəməyə müraciət edərək borcu tam ödənilmədiyi təqdirdə borclu barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Məmmədov Zabil Ədalət oğlu öz izahatında bildirmişdir ki, məhkəmə qətnaməsindən və icra vərəqəsindən xəbəri vardır. Hal-hazırda heç bir yerdə işləmir və hər-hansı bir qazancıda yoxdur. Ona vaxt veriləcəyi təqdirdə aliment borcundan hissəhissə ödənişlət edə bilər. Odur ki, barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Məmmədov Zabil Ədalət oğlu heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, tam icra etməmişdir. Məmmədov Zabil Ədalət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni tam icra etməməsi və icra məmurunun çağırışlarına vaxlı-vaxtında gəlməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. O cümlədən borclunun aliment borcundan qismən ödənişlər etməsini və ona vaxt veriləcəyi təqdirdə aliment borcunu ödəyəcəyinə söz verməsinidə nəzərə alınmalıdır. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları və eləcə də borclunun maddi durumunu nəzərə alaraq hesab edir ki, Məmmədov Zabil Ədalət oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Məmmədov Zabil Ədalət oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Əliyev Əlisəfa Qurban oğlu tərəfindən iki iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı in iki manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Əliyev Əlisəfa Qurban oğluna ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Məmmədov Zabil Ədalət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. 2.Həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 14:20-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Əliyev Əlisəfa Qurban oğluna ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov