Məhkəmə qərarları › İş №3(002)-861/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-861/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-861/2020 27.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4Q, mənzil 79 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri 8 saylı Notariat Kontoru tərəfindən verilmiş 9777 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra qeydinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X6, ev 42 ünvanında yerləşən “xxxx” ASC-nin xeyrinə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 4Q, ev 79 ünvanında qeydiyyatda olan Şəxs (AZE 147168169, xx/xx/2014 – Asan 3-2) RP/12522/5 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2936 manat 78 qəpik (iki min doqquz yüz otuz altı manat yetmiş səkkiz qəpik) tutulması qeyd edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Borcludan xx.xx.2020-ci il tarixdə izahat alınmış, borclu izahatında icra sənədindən xəbərdar olduğunu, maddi imkanı olmadığından öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Bununla da borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə borclu tərəfindən bu günə kimi hər hansı müsbət addım atılmamışdır. İcra sənədinin icrası ilə bağlı aidiyyətı orqanlara sorğular edilmişdir. Sorğuya cavablara əsasən borcluya dair hər hansı gəlir və əmlak müəyyən edilməmişdir. Borclunun olduğu yer müəyyən olunmadığından barəsində xx xxxxxx 2020-ci il tarixdə axtarış elan edilmiş və icra olunması üçün qərarın surəti aidiyyəti orqana göndərilmişdir. Borclu xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmiş və həmin tarixdə izahatı alınmışdır. O, zahatında borclu olduğunu qəbul etdiyini və işləmədiyi səbəbindən maddi vəziyyətinin aşağı olduğundan icra sənədinə əsasən hər ay 30 manat ödəniş edəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ******* saylı xx.xx.2020-ci il tarixli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri 8 saylı Notariat Kontoru tərəfindən verilmiş 9777 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədindən xəbərdardır və həmin borcunu maddi imkanı aşağı olduğundan ödəmək iqtidarında olmamışdır. Borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Barəsində axtarış verilməsindən xəbəri yalnız polis əməkdaşları onu saxlayanda məlumatı olmuşdur. Maddi vəziyyəti olduqca ağırdır, iş olanda gündəlik fəhlə işləyir və əldə etdiyi gəliridə ailəsinin dolanışacağına və yataq xəstəsi olan anasının dərmanlarına xərcləyir. Bununla belə, gələcəkdə işlə təmin olunaraq maddi vəziyyətini düzəldib borc məbləğini qaytaracaqdır. Göstərilənləri nəzərə alınaraq məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 8 saylı Notariat Kontoru tərəfindən verilmiş 9777 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X6, ev 42 ünvanında yerləşən “xxxx” ASC-nin xeyrinə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi eQ, ev 79 ünvanında qeydiyyatda olan Şəxs (AZE 147168169, xx/xx/2014 – Asan 3-2) RP/12522/5 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2936 manat 78 qəpik (iki min doqquz yüz otuz altı manat yetmiş səkkiz qəpik) tutulması qərara alınmışdır. İcraata başlama haqqında xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 8 saylı Notariat Kontoru tərəfindən verilmiş 9777 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Qeyd olunan maddənin tələbindən göründüyü kimi, İXM-in 528.1-ci maddəsində nəzərdə inzibati məsuliyyət icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, borclu Şəxs rəsmi iş yerinin, adına hər hansı daşınmaz və daşınar əmlakın və gəlirinin olması, həmçinin icra məmuru tərəfindən borclu Şəxs işlə təmin olunması barədə təklifi iş materialları ilə müəyyən olunmur və məhkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib olunmuş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar