Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-863/2020 10.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs Şirətinin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük X2 Məcəlləsinin 499.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxx” Şirkətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(002)-863/2020 saylı qərarına əsasən "xxxxxxx” Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin malların dəyərinin, yəni 125118 (yüz iyirmi beş min yüz on səkkiz) manat məbləğinin 70 (yetmiş) faizi miqdarında, yəni 87582 (səksən yeddi min beş yüz səksən iki) manat 60 (altmış) qəpik məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(103)-1644/2020 saylı qərarına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-863/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılmasıüçün Bakışəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan inzibati material Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(103)-1644/2020 saylı məktubu ilə yenidən baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmiş və xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəməyə daxil olmuş xx xxxx 2020-ci il tarixli 00100-1213 saylı iznibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görsənir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ev qeyri yaşayış sahəsində qeydiyyatda olan, lakin faktiki ünvanı ünvan 2 ünvanında qeydiyyatda olan “xxxxxxx” şirkəti tərəfindən xx.xx.2018-ci ildə 1 ədəd, ümumi gömrük dəyəri 125118 (yüz iyirmi beş min yüz on səkkiz) manat olan, “Elkon” Concrete-Mixinq markalı, xx.xx.2020-ci il buraxılışlı, qoşqu üzərinə quraşdırılmış mobil beton qarışdırıcı qurğunu Bakı Baş Gömrük İdarəsində **********3452 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında bəyan edərək, xx.xx.2019-cü il tarixədək 1 (bir) il müddətinə Bakı Beynəlxalq Dəniz Limanı gömrük postundan keçirməklə Özbəkistan Respublikasına müvəqqəti olaraq aparılmışdır. Lakin 1 ədəd, ümumi gömrük dəyəri 125118 (yüz iyirmi beş min yüz on səkkiz) manat olan, “Elkon” Concrete-Mixinq markalı, xx.xx.2020-ci il buraxılışlı, qoşqu üzərinə quraşdırılmış mobil beton qarışdırıcı qurğunun ölkə ərazisinə qaytarılma müddəti **********3452 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2019-cu il müəyyən edilsədə, qeyd olunan beton qarışdırıcı qurğu Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış, müvəqqəti ixrac müddəti qanunamüvafiq qaydada uzadılmamış, digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmiş, törətmiş inzibati xətanı davam etdirmiş və ya uzatmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3452 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların geriyə qaytarılma müddətinin son tarixi xx.xx.2019-cu il tarixi müəyyən edilmişdir. Qanunla nəzərdə tutulmş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə materiala nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 499.2-ci maddəsində göstərilmişdir ki, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. İş materiallarından görünür ki, Şəxs qeyd olunan yükü xx xxxx 2020-ci il tarixədək bir il müddətinə Bakı Beynəlxalq Dəniz Limanı gömrük postundan keçirməklə Özbəkistan Respublikasına müvəqqəti olaraq aparsa da, həmin yükü Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarmamışdır. Qeyd olunan inzibati pozuntu ilə əlaqədar isə bir ildən artıq müddət keçdikdən sonra, yəni xx xxxx 2020-ci il tarixdə İXM-nin 499.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Ona görə də inzibati xətanın törədildiyi gündən bir ildən artıq vaxt keçdiyindən iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinin tələbinə görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48, 53, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-863/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-863/2020
10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver