Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-863/2025 01.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 01 avqust 1987-ci il tarixdə Əlibayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 01 may 2025-ci il tarixdə, Qaradağ rayonu lökbatan qəsəbəsi, “Lökbatan dairəsi” adlanan ərazidə ictimai qaydanı pozaraq küçədə ünvansız nəlayiq söyüşlər söyən zamanı polis əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinə gətirilmiş, narkotik vasitədən istifadə nəticəsində sərxoşluq vəziyyətini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan MOP (+) qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə MN serialı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru X2 inzibati protokolu müdafiə edərək Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 01 may 2025-ci il tarixdə Lökbatan dairəsində olarkən taksi sürücüsü ilə qiymətlə bağlı mübahisə edən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir.Narkoloji müayinə zamanı onun narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Təxminən 1 aya olara narkotik vasitə qəbul edirmiş.Narkotik vasitəni arabir ağrıları olanda istifadə edir.Sonda o, əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyindən narkotik vasitə MOP (+) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli, 2498 saylı rəydən görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyatındadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrilə düzgün tövsif edilmişdir və ona həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs X3 barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə, inzibati xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin orta həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 01 may 2025-ci il tarixdən, saat 17:50-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınsın Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-863/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-863/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver