Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-864/2025 01.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı tarixli verilmiş icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3675/2014 saylı, 20 oktyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 43850 (qırx üç min səkkiz yüz əlli) manat məbləğində pulun alınması və Zərərçəkmiş şəxs qaytarılması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 05 yanvar 2018-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclunun Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşamadığı müəyyən edildiyindən 12 oktyabr 2018-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 8(002)-1021/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra borclu 2015-ci ilin may ayından 2019-cu ilin aprel ayındək həbsdə olmuş və 06 may 2019-cu ilin aprelində cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Qaradağ rayon İcra Şöbəsində olmuş, icra şöbəsində verdiyi izahatında 2015-ci ilin may ayından azadlıqdan məhrum edildiyini, həmin vaxtadək borcundan hissə-hissə 7000 manat ödəniş etdiyini bildirmişdir. Bundan sonra 28 avqust 2019-cu il tarixdə yenidən borclunun axtarışı haqqında qərar qəbul olunmuşdur. Borclu bu gün, yəni 01 may 2025-ci il tarixdə veridyi izahatında tələbkara olan borcundan 18000 manat ödədiyini bildirmiş, lakin bununla bağlı ona rəsmi hər hansı bir sənəd təqdim etməmişdir. Bütün bu qeyd etdiklərinə əsasən borclu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 01 may 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında borclu Şəxs 2014cü ildə daş karxanasından daş materialı ala bilməsi üçün zamin durduğunu, Rəşadın həmin daş yüklərinin ödənişini ödəmədiyindən mal sahiblərinə ümumilikdə 43850 manat məbləğində pulu özü ödəməli olmuşdur. Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3675/2014 saylı, 20 oktyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən borcludan həmin pul məbləğinin alınaraq ona verilməsi qət edilmişdir. Borclu azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi vaxtlarda dörd-beş ay ərzində aylıq qırx-əlli manat olmaqla pul göndərmişdir. Azadlığa çıxdıqdan sonra isə ümumiyyətlə onunla görüşməmiş, yaranmış borc məbləğinin ödənilməsi üçün heç bir cəhd göstərməmiş və başqa heç bir ödəniş etməmişdir. Odur ki, borclunun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, təzəlikcə rəsmi qaydada işə düəzlməklə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində yük avtomobili sürücüsü işləməklə 400 manat əməkhaqqı alır. 2015-ci ilin may ayından 2019-cu ilin aprel ayındək azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən cəzaçəkmə müəssisəsində olmuşdur. Qaradağ rayon Məhkəməsinin 2(002)- 3675/2014 saylı, 20 oktyabr 2014-cü il tarixli qətnaməsi qəbul edilənədək də borcundan müəyyən ödənişlər etmişdir. Onun həbsdə olması səbəbilə icra vərəsəqindən və axtarışda olmasından xəbəri olmamışdır. Ümumilikdə indiyədək borcundan müəyyən ödənişlər etmişdir. Qalan borcunu isə hər ay ***-**** manat olmaqla hissə-hissə ödəyə bilər, lakin hal-hazırda borcunu tam formada ödəməyə imkanı yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alıanaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 01 may 2025-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, X4 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini, yaranmış borcundan ödənişlər edəcəyinə söz verməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-864/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-864/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver