Məhkəmə qərarları › İş №3(002)-865/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-865/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-865/2020 12.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, «X1 Turizm Sanayi ve Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvan 1 ünvanında yerləşən «X1 Turizm Sanayi ve Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1ünvanında qeydiyyatda olan “X1 Turizm Sanayi ve Ticaret Limited ” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması məcburi olan xx xxxxx 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0784 sorğu nömrəli və **********0787 sorğu nömrəli Gömrük bəyannamələri ilə bəyan edilməklə “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirmiş, GU154UG/BS946B nömrə nişanlı və FH287HF/VV993W nömrə nişanlı yüktərəfindən 2 ədəd ümumi çəkisi 4800 kq olan qara metallardan yığma tikinti konstru avtomobillərində xx xxxxx 2019-cu il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasından müvəqqəti aparılmış malları 1 (bir) il müddətində, yəni xx xxxxx 2020-ci il tarixədək qaytarılmalı, yaxud başqa gömrük prosedurunda yerləşdirməli və ya müvəqqəti ixrac müddətini uzatmalı olduğu halda, həmin müddəti bir aydan üç ayadək müddətə gecikdirilməklə, xx xxxx 2020-ci il tarixdə müvəqqəti saxlanc müddətinin uzadılmasına dair Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Belə ki, Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/013252 nömrəli xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, «X1 Turizm Sanayi ve Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının tərəfindən **********0787, **********0784 saylı GB- ilə müvəqqəti ixrac prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin filialının tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, “X1 Turizm Sanayi ve Ticaret Limited ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Gürcüstandakı filialı ilə razılaşmaya uyğun olaraq istifadə olunmuş tikinti məmulatları qara metaldan məmulatlar, yığma tikinti kunstruksiyalar və vibrasiyalı çəkic yükləri xx xxxxx 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0784 sorğu nömrəli ilə **********0787 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti ixrac” prosedurunda yerləşdirilmiş mallar Gürcüstan istiqamətinə Azərbaycan Respublikasından aparılmışdır. Bu mallar Azərbaycan Respublikasından çıxarılarkən bir il ərzində geri qaytarılması öhdəliyə götürülsə də, bu müddət ərzində qaytarmaq mümkün olmamışdır. Müddətin buraxılması işlərin çoxluğu ilə əlaqədar baş vermişdir. Müddət ötürüldükdən sonra, xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük bu mallara dair **********1131 sorğu nömrəli və **********1138 sorğu nömrəli Gömrük bəyannamələri ilə ixrac gömrük prosedurunda yerləşdirilmişdir. Hazırda mallar Gürcüstandakı filialın sərəncamındadır, daimi ixrac edildiyinə görə geri qaytarılması tələb olunmur. Müddətin ötürülməsi ilə gömrük qaydalarının pozulduğunu etiraf edir, yaranmış cəriməni ödəməyə hazırdır. **********1131 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsinə əsasən «X1 Turizm Sanayi ve Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********0784 sorğu nömrəli Gömrük bəyannaməsi ilə müvəqqəti ixrac prosedurunda rəsmiləşdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış mallar “ixrac” gömrük prosedurunda bəyan edilmişdir. **********1138 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsinə əsasən «X1 Turizm Sanayi ve Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********0787 sorğu nömrəli Gömrük bəyannaməsi ilə müvəqqəti ixrac prosedurunda rəsmiləşdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış mallar “ixrac” gömrük prosedurunda bəyan edilmişdir. Beləliklə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, “X1 Turizm Sanayi ve Ticaret Limited ” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması məcburi olan xx xxxxx 2019cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0784 sorğu nömrəli və **********0787 sorğu nömrəli Gömrük bəyannamələri ilə bəyan edilməklə “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirmiş, GU154UG/BS946B nömrə nişanlı və FH287HF/VV993W nömrə nişanlı yüktərəfindən 2 ədəd ümumi çəkisi 4800 kq olan qara metallardan yığma tikinti konstru avtomobillərində xx xxxxx 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasından müvəqqəti aparılmış malları 1 (bir) il müddətində, yəni xx xxxxx 2020-ci il tarixədək qaytarılmalı, yaxud başqa gömrük prosedurunda yerləşdirməli və ya müvəqqəti ixrac müddətini uzatmalı olduğu halda, həmin müddəti bir aydan üç ayadək müddətə gecikdirilməklə, xx xxxx 2020-ci il tarixdə müvəqqəti saxlanc müddətinin uzadılmasına dair Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. xx.xx.2020-ci il tarixli 00100-1267/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «X1 Turizm Sanayi ve Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Mirzəyev Rövşən Əhməd oğlu xx.xx.2020-ci il tarixli 00100-1267/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-ci maddəsinə əsasən, mallar və ya nəqliyyat vasitələrinin bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi hüquqi şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, «X1 Turizm Sanayi ve Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4991.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının həddində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: «X1 Turizm Sanayi ve Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar