Məhkəmə qərarları › İş №3(002)-866/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-866/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-866/2025 02.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 2001-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyat olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə inspektoru, polis mayoruı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə rəisi, polis kapitanı X9 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X3 30 aprel 2025-ci il tarixli, “materialın istintaq aidiyyatı üzrə göndərilməsi və cinayət işinin başlanmasının hissəvi rədd edilməsi barədə” qərarı əsasında tərtib etmişdir. Həmin qərarın nəticə hissəsinə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5 barəsində toplanmış materialda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə toplanmış material aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ RPİ İŞ-yə göndərilməsi, Şəxs, X8 və X6 isə əməllərində cinayət tərkibi olmadığı üçün CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması həmin hissədə rədd edilməsi və onlar barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi üzrə inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surətinin aidiyyatı əməkdaşa verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Qaradağ rayon prokuroruna göndərilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. Bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 02 may 2025-cü il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, təxminən 1 il 5 aydır ki, narkotik vasitə olan marixuana istifadə edir. Ay ərzində iki dəfə nəşə kimi tanıdığı, yaşıl rəngli, ot halında olan narkotik vasitədən istifadə edir. Sonuncu dəfə 29 aprel 2025-ci il tarixdə, saat 20 radələrindən təxminən bir ildir ki, narkotik satan şəxs kimi tanıdığı Şahin adlı şəxsdən narkotik alıb çəkmişdir. O öz izahatında Vətən Müharibəsi iştirakçısı olmaqla səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 Ambulator X1 30 aprel 2025-cü il tarixli, 2474 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. İş materiallarında olan Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X3 30 aprel 2025-ci il tarixli, “materialın istintaq aidiyyatı üzrə göndərilməsi və cinayət işinin başlanmasının hissəvi rədd edilməsi barədə” qərarı əsasında tərtib etmişdir. Həmin qərarın nəticə hissəsinə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5 barəsində toplanmış materialda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə toplanmış material aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ RPİ İŞ-yə göndərilməsi, Şəxs, X8 və X6 isə əməllərində cinayət tərkibi olmadığı üçün CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması həmin hissədə rədd edilməsi və onlar barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi üzrə inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surətinin aidiyyatı əməkdaşa verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Qaradağ rayon prokuroruna göndərilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-670/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarı ilə Şəxs narkotik vasitələrin istehlakı ilə məşğul olduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmiş və ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Göründüyü kimi eyni əmələ görə şəxsin barəsində əvvəllər inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq o bundan nəticə çıxartmamış, əksinə narkotik vasitələrin istehlakı ilə məşğul olmaqda davam edərək narkomaniya xəstəliyinə düçar olmaqla narkomaniyadan məcburi müalicəyə ehtiyacı yaranmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 02 may 2025-ci il tarixdən, saat 12:15-dən hesablansın.

3. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar