Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-867/2022 03.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X7, tələbkar X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və onun müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(071)-166/2021 nömrəli icra sənədinə əsasən 30 may 2016-cı il təvəllüdlü X4 və 09 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X6 hər ay bir uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X2 verilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 1340 manat aliment borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X13 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu X6 icra sənədinin icrası tələb olunmuşdur. Borclu, X14 Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu şəxs X8 hazırkı tarixə 1340 manat aliment borcu mövcuddur. Göstərilənlərə əsasən, borclu B.M.Hüseynov barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Hacıqabul Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(071)-166/2021 nömrəli icra sənədinə əsasən 30 may 2016-cı il təvəllüdlü X4 və 09 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X6 hər ay bir uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X2 verilməlidir. Qeyd olunan icra sənədindən xəbərdardır, hazırda işsiz olduğundan və maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini tam icra edə bilmir. Buna baxmayaraq maddi imkanı çatdığı həddə tələbkarın xeyrinə ümumilikdə 1300 manat aliment ödəmişdir. Borcunu ödəməkdən yayınmır, əksinə öhdəliyini tam icra etmək niyyətindədir. Hazırda 300 manat tələbkarın xeyrinə ödəniş etməyə hazırdır. Avqust ayının 30-na kimi tələbkara 500 manat ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs B.M.Hüseynov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar E.B.Cəbrayılova öz izahatında göstərmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(071)-166/2021 nömrəli icra sənədinə əsasən 30 may 2016-cı il təvəllüdlü X4 və 09 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X6 hər ay bir uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq ona verilməli olsa da, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək, icra sənədlərinin icrasından yayınmışdır. Borclu B.M.Hüseynov icra sənədi üzrə ümumilikdə ona 1300 manat ödəniş etmişdir. 03 avqust 2022-ci il tarixdə icra sənədi üzrə yığılmış borcdan 300 manat borcludan almış, bugünə 1040 manat borcu qalmışdır. Hazırda ödənilməmiş qalan aliment borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq sonuncu barəsində daha ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hacıqabul Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(071)-166/2021 nömrəli icra sənədinə əsasən 30 may 2016-cı il təvəllüdlü X4 və 09 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X6 hər ay bir uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X2 verilməlidir; Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(16)-2422/2021 nömrəli qətnaməsinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(071)- 166/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Hacıqabul Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(071)-166/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu X11 göndərilmişdir; Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, borclu X8 Hacıqabul Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(071)-166/2021 nömrəli icra sənədinə əsasən 1340 manat aliment borcu var; Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, 2022-ci il üzrə ümumilikdə 920 manat tələbkar X1 xeyrinə ödənilmişdir. 03 avqust 2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 tələbkar X1 xeyrinə 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X14 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, borclu X14 tərəfindən qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə ümumilikdə 1300 manat ödəniş olunmuşdur. Hazırkı halda borclu B.Hüseynovun hərəkətlərinin icra sənədinin üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməməli, əksinə icra sənədinin icra olunmasında maraqlı olmasını göstərən faktor kimi nəzərə alınmalıdır. Odur ki, borclu X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs X11 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili B.R.Cəbrayılova məhkəmədə iştirak etdiyi 3 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. X11 hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 3 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-867/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-867/2022
03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver