Məhkəmə qərarları › İş №3(002)-873/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-873/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-873/2020 07.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, inzibati xəta haqqında qərardan şikayət vermiş X5 iştirakı ilə, X1 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis serjantı X10 tərəfindən barəsində qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ : X2 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis serjantıX10 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərardanşikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırılmışdır ki, o, belində yaranan xəstəliyə görə Sahil qəsəbəsində yerləşən “SƏDƏF” müalicə və diaqnostika mərkəzində fizioterapevt tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kurs müalicə təyin olunmuşdur. Həmin dövrdə pandemiya vaxtına təsadüf edirdi ancaq o müalicə aldığı vaxtlarda nə zaman müalicəyə getsə 1- indeksi ilə icazə alırdı. Yenə müalicəsilə bağlı xx.xx.2020-ci il tarixdə saat 12:25-dən saat 15:00-dək olan vaxt dövründə Sahil qəsəbəsində yerləşən “SƏDƏF” müalicə və diaqnostika mərkəzində olmuşdur. Həmin vaxtda telefonuna işlədiyi idarədən zəng gəldiyi üçün telefonla danışmaq üçün klinikanın qarşısına çıxdı bu zaman polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib onun icazəni yoxladı həmin vaxt onun SMS-in vaxtı bitmişdi ancaq o ona “SƏDƏF” klinikasında hal-hazırda müalicədə olduğunu desə də heç bir əhəmiyyət qoymayaraq protokolu təyin etdi. Protokoldan 38-ci polis bölməsinə də şikayət etsə də şikayətinə heç bir əhəmiyyət qoyulmadı. Bundan sonra DİN də məktubla müraciət etsə də ona da heç bir əhəmiyyət qoyulmadı. Məhkəməyə gec ərizə verməyinin səbəbə məktublarına müsbət cavab alacağını ümid edib gözləməyi oldu. Həmin vaxtda həqiqətən da müalicə aldığında bağlı arayışları ərizəyə əlavə olunub. Qəbul edilmiş protokolla razı deyil və bu səbəbə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş protokolda onun xüsusi karantin rejimini pozduğunu bildirilmiş və onu əsassız yerə İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməyi qeyd edilmişdir. Göstərilmiş dəlillərə əsasən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edib şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesabedir ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis serjantı X10 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Beləki, məhkəmə də tədqiq edilmiş və işdə olan xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, 200 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə də tədqiq edilmiş və işdə olan “X11” Mərkəzinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, X3 Müalicə Diaqnostika Mərkəzində xx xxxx 2020-ci il tarixdə saat 12:25-dən saat 15:00-a qədər Fizioterapiya və Massaj kursu keçmişdir. İş materiallarından göründüyü kimi X5 xüsusi karantin rejimi dövründə adı çəkilən Mərkəzdə müalicə almaq üçün kursda olmuşdur. Buna baxmayaraq isə Qaradağ rayon Polis İdarəsi ərəfindən düzgün araşdırma aparılmayaraq X5 icazəsinin olub olmaması müəyyənləşdirilmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbu ledilmişdir. Qeyd edilən lər onu göstərir ki, səlahiyyətli vəzifəli şəxsin izibati tənbeh vermə haqqında qərar qəbul edərk ən şəxsi məlumatları əldə etməmiş və səthi araşdırma aparmaqla şəxsin hüquqlarını n pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsbedən bütün faktiki hallara aşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1və135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edirki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis serjantı X10 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38ci Polis Bölməsinin polis serjantı X10 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar