Məhkəmə qərarları › İş №3(002)-876/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-876/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-876/2023 19.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi İlə təqsirləndirilməsinə dair DİNin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 10 aprel 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 10 aprel 2023cü il tarixdə, saat 02:46-da idarə etdiyi “Mercedes Benz 3340 yük” markalı ** NY *** dövlət qeydiyyat nişanlı yük avtomobilini iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 10 aprel 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, həmin materiallar aidiyyəti üzrə baxılması üçün Goranboy rayon məhkəməsinə göndərilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 19 may 2023cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Goranboy rayonu, Rəhimli kəndində ailəsi ilə birlikdə yaşadığını, atasının 2-ci qrup əlil olduğunu, ailəsinin yeganə gəlir gətirən şəxsi olduğunu, vətən müharibəsi iştirakçısı olmaqla səhhəti və maddi vəziyyəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirərək inzibati materialın yaşadığı yer üzrə Goranboy rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarından aydın olur ki, Şəxs yaşadığı ünvanı Goranboy rayonu, Rəhimli kəndidir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-Nin 353.5-ci maddəsi İlə təqsirləndirilməsinə dair DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati material aidiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsin Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar