Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-877/2023 08.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi ilə daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. İş materiallarında olan MN ******* saylı, 03 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu “Binə” TM-nin ərazisində, saat 10:50 radələrində 03 may 2023-cü il tarixdə Avtovağzal (avtostansiya) passportu olmadan avtovağzal fəaliyyəti həyata keçirildiyi aşkar edilmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* saylı, 03 may 2023-cü il tarixli protokoldan aydın olur ki, Şəxs MMC-nin nümayəndəsi izahat verməkdən və prokolun surətini almaqdan imtina etmişdir. İş materiallarına Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəxs MMC-yə ünvanladığı 04 may 2023-cü il tarixli məktubun surəti əlavə edilsə də həmin məktubun Arazavia» MMC-yə göndərilməsinə dair heç bir sübut əlavə edilməmişdir. Bununla da barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxs Şəxs MMC-nin qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı məlumatlı olub-olmadığını müəyyən etmək olmur. Odur ki, material natamam hesab edilməklə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-877/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-877/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver