Məhkəmə qərarları › İş №3(002)-878/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-878/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-878/2022 17.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə, şikayətçi X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X7 İdarəsinin TP ******* nömrəli, 05 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 05 iyul 2022-ci il tarixli qərarının ləğv olunmasını və ödədiyi cərimənin ona geri qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhəri DYPİ polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 20 mart 2022-ci il tarixli, TP4927045 saylı qərarla o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə yazılan İXP ******* nömrəli protokol qanunlara zidd olaraq tərtib edilmişdir. Yəni protokolda olduğu kimi iddia olunan hadisə xx.xx.2022ci il tarixdə baş verdiyi qeyd edilmişdir. Qanuna müvafiq olaraq qayda pozuntusu olduğu andan etibarən 48 saat ərzində protokol tərtib olunmalı olduğu halda protokol bir neçə gün sonra tərtib olunaraq xx.xx.2022-ci il tarixə Asanpay elektron ünvanına yerləşdirilmişdir. Bundan sonra qanunlara müvafiq olaraq yazılan protokolda iştirakı olmadan qərar çıxarılmasını və iştirakının qanun çərçivəsində təmin edilməsini xahiş etsə də DYPİ-nin əməkdaşları qanunlara məhəl qoymadan və kobud şəkildə pozaraq heç bir çağırış və iştirakı olmadan yazılan protokola qərar çıxarılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Bakı şəhəri DYPİ polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 28 mart 2022-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 3(002)-436/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərarla protokoldan çıxarılmış qərarı ləğv etmişdir. Kobud qanun pozuntularına yol verən YPX əməkdaşları məhkəmə qərarından sonra ikinci dəfə onun iştirakı olmadan protokola qərar çıxarmışlar (qərarın nömrəsi TP5112150). Protokol qanunla müəyyən olunmuş vaxtda yazılmadığı üçün İXMnin maddələrinin kobud şəkildə pozularaq qanunsuz olaraq protokol yazılmış və qanuna zidd olaraq da qərar qəbul olunmuşdur. Avtomobilini texniki baxışdan keçirməsi üçün həmin protokolun ödənişini məcburi olaraq ödəməsini tələb etdiklərindən ödəmiş, lakin həmin ödənişi ödəməsi protokolla və protokoldan çıxarılmış qərarla razı olduğu kimi nəzərə alınmamalıdır. O, yazılan protokoldan və özbaşınalıq edərək protokoldan çıxarılmış qərarla razı deyil. Göstərilənlərə əsasən, məhkəmədən Bakı şəhər DYPİ-nin polis leytenantı X3 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 05 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında çıxış edərək verilmiş şikayətin dəlillərinə uyğun surətdə izahat vermiş, Bakı şəhər DYPİ-nin polis leytenantı X3 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 05 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək, bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs F.F.Fətullayev 27 yanvar 2022-ci il tarixdə saat 13:13 radələrində idarə etdiyi Mersedes-Benz C180 minik markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu 28 may küçəsi ilə hərəkət edərkən 1.1—1.3 xətlərini kəsib keçərək sola dönməklə yol hərəkəti qaydalarını pozduğundan həmin ərazidə yerləşən “Təhlükəsiz Şəhər” xidmətinin müşahidə-nəzarət kamerası vasitəsi ilə qeydə alınaraq arxivləşdirilmişdir. Göstərilən halları nəzərə alaraq, F.F.Fətullayevin şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X6 İdarəsi tərəfindən tərtib edilmiş 05 iyul 2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 05 iyul 2022-ci il tarixdə Mercedes-Benz C180 minik markalı 77CG641 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbayacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, X2 27 yanvar 2022-ci il tarixdə saat 13:13-də idarə etdiyi Mercedes Benz C180 minik markalı 77CG641 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, 28 may küçəsi ilə hərəkət edərkən 1.1—1.3 xətlərini kəsib keçərək sola dönməklə yol hərəkəti qaydasını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X6 İdarəsinin 05 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227- ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsinə əsasən İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.6-cı maddəsinə əsasən İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Belə ki, iş materiallarında olan 12 fevral 2022-ci il tarixli raportdan məlum olur ki, hadisə DİN “Təhlükəsiz Şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış və Bakı şəhəri BPİ DYPİ-ə göndərilmişdir. Göründüyü kimi idarənin səlahiyyətli vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq inzibati araşdırma aparılmış, sürücü F.F.Fətullayev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhər Bakı şəhər X6 İdarəsinin 05 iyul 2022ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X7 İdarəsinin 05 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar