Məhkəmə qərarları › İş №3(002)-879/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-879/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-879/2021 29.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ RPİ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə protokolun tərtib edilmə vaxtı və yeri barədə ona rəsmi xəbərdarlıq edilməsinə dair heç bir sübut əlavə edilməmişdir. İş materialarına Şəxs tərəfindən 08 sentyabr 2020-ci il tarixdə imzalanmış xəbərnamənin surəti əlavə edilsə də bu xəbərnamənin hansı məzmunlu məktuba aid olduğunu müəyyən etmək mümkün deyildir. Çünki iş materiallarına Şəxs qeyd olunan inzibati işlə əlaqədar göndərilmiş məktubun surəti və həmin məktubun göndərilməsini təsdiq edən reyesterdən çıxarış əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş reyesterdə isə göstərilən məktubların (o cümlədən Şəxs göndərilən məktubun) “Azərpoçt”-un müvafiq şöbəsinə təhvil verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar