Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-879/2023 08.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X3, DİN-in ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri, polis serjantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1988-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəbrayıl rayonu, Hacılı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 07 may 2023-cü il tarixdə, saat 18:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 may 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, DİN-in ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfərləri, polis baş serijantı X5 və polis serijantı X1 07 may 2023-cü il tarixdə, saat təxminən 18:50 radələrində xidmətdə olarkən bir nəfər şəxsin “Toyota Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairəsində piyada zolağının üstündə yolun hərəkətini məhdudlaşdıracaq qaydada saxladığını görmüş, ona avtomobili həmin zolaqdan çəkməsini bildirdikdə isə sonuncu polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və avtomaşını piayada zolağlndan çəkməkdən imtina etmişdir. Adı çəkilən polis əməkdaşları pozuntu törətmiş vətəndaşı bölməyə gətirdikdə həmin şəxsin “Toyota Prius” markalı avtomobilin sürücüsü Şəxs olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs barəsində onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 may 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən sürücü Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri, polis serjantı X5 öz izahatında bildirmişdir ki, 07 may 2023-cü il tarixdə 9694 çağırışlı avtopatrulla saat təxminən 18:50 radələrində Lökbatan dairəsi yaxınlığında xidmət apardığı zaman bir nəfər şəxsin “Toyota Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili piyada zolağının üstündə yolun hərəkətini məhdudlaşdıracaq qaydada saxladığını görmüşlər. Buna görə də ona avtomobilini yolun hərəkət istiqamətindən götürməsini dəfələrlə ona bildirmişlər, lakin buna baxmayaraq o, maşını götürməyərək polis əməkdaşları ilə mübahisə etməyə başlamış və yüksək səslə nalayiq ifadələr işətmişdir. Nəticədə vətəndaşı 10-cu PB-ya dəvət etdikdə vətəndaş onlara tabesizlik göstərmiş, onlar da vətəndaşa güc tətbiq edərək onu 10-cu PB-ya gətirmişlər. Bölmədə onun Şəxs olduğu müəyyən edilmişdir. Hal-hazırda da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən yataqxanada ailəsi ilə birlikdə yaşayır. ** LY *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məsğul olur. 07 may 2023-cü il tarixdə, saat təxminən 18:50 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairəsində avtomaşını yolun piayadalar aid hissədində saxlayan zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınalaşaraq “bura piyadalar üçün nəzərdə tutulub, avtomobilini götür” demişlər. O, isə bunu etməkdən imtina etmiş və əsəbləşdiyi üçün nalayiq, ünvansız söyüşlər söymüşdür. Nəticədə polis əməkdaşları onu 10-cu Polis Bölməsinə dəvət etmişlər. O, səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu, bir övladı hal-hazırda xəstəxanada olduğundan psixoloji dururmunun ağır olduğunu bildirmiş və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə edilmiş 07 may 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 07 may 2023-cü il tarixdə saat 20:50-də tutulmuş, 08 may 2023-cü il tarixdə səhər saat 09:30-da tutmadan azad olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-879/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-879/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver