Məhkəmə qərarları › İş №3(002)-88/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-88/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-88/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, «X3 FZCO" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Qaradağ Rayon Məhkəməsinə «X3 FZCO" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, X1 “Star Gulf FZCO” şirkətinin Azərbaycan Respublikasındakı filialı VÖEN **********) Azərbaycan Respublikasına idxal etdiyi neft sənayesində istifadə olunan astı prokatların əyilməsi üçün əymə maşının mühərrikinin hidravlik ötürücü qutusunu 01 iyul 2020- ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5523 sorğu nömrəli Gömrük bəyannaməsi ilə 'müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 nömrəli 27.08.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinin tələblərinə riayət edərək malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilməli olduğu halda, həmin qaydalardakı malların saxlancın son müddəti 4 ayadək başqa gömrük prosedurunda yerləşdirməmiş, yaxud Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarmayaraq saxlanc qaydalarını (müddətlərini) pozmuşdur Belə ki, “Sahil” gömrük postundan daxil olmuş 34/026/032644 nömrəli 19.11,2020-ci il tarixli 'aportun icrası ilə əlaqədar bildiririk ki, “STAR GULF FZCO” şirkətinin adına **********5523 saylı gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallara müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, şirkət malları digər gömrük proseduruna keçirilməsini təmin etmir. İş materiallarına əlavə edilmiş **********5523 sorğu nömrəli 01,07.2020-ci il tarixli Gömrük bəyannaməsinə əsasən BƏƏ-nin “STAR GULF FZCO” şirkətinin AR-dakı filialı tərəfindən idxal edilən mühərrikin hidravlik ötürücü qutusu “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edilmişdir. Araşdırma zamanı 03 dekabr 2020-ci il tarixdə X1 “Star Gulf -ZCO” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 01,07.2020-ci il tarixli İ **********5523 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən malların yerində olub- olmadığını yoxlamaq üçün Bakı şəhəri, Salyan şossesi 83 ünvana baxış keçirildikdə həmin ünvandakı Dərinözüllər zavodunun anbarında mühərrikin hidravlik ötürücü qutusunun saxlanıldığı aşkar edilmişdir. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən BƏƏ-nin “STAR GULF FZCO” şirkətinin AR-dakı filialı eyniləşdirmə nömrəsi ********** olmalq hüquqi şəxslərin dövlət reyestrində "X3 FZCO" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə əvəz edilmişdir. Beləliklə də, həmin hüquqi şəxsin varisinin "X3 FZCO" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olduğu müəyyən edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03.12.2020-ci il tarixli aktdan görünür ki, “Star Gulf -ZCO” şirkəti tərəfindən **********5523 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən M201.201BH-562/4.47-W380 modelli yastı prokatların əyilməsi üçün əymə maşınının mühərrikinin hidravlik ötürücü qutusunun boşaldıldığı Bakı şəhəri Salyan şosesi 83 ünvanında olub-olmaması yoxlanmışdır. Yoxlama nəticəsində müəyyən edildi ki, həmin mal toxunulmadan qeyd olunan ünvandakı Dərin özüllər zavodunun anbarında saxlanılır. 03.12.2020-ci il tarixli 00100-2564/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «X3 FZCO Şirkətinin Azərbaycan Respublikasındakı Filialı nümayəndəsi X2 03.12.2020-ci il tarixli 00100-2564/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, «X3 FZCO” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 01.07.2020ci il tarixli **********5523 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallara müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, şirkət malları digər gömrük proseduruna keçirilməsi barədə heç bir tədbir görülməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini və eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini (İXM-33.1.2) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, «X3 FZCO” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar