Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-880/2022 09.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının YPX baş inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Salyan rayonu, Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs 05 avqust 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı-Qazax yolunun 65-ci km-də qarşısında hərəkətsiz halda dayanmış VAZ 2107 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ara məsafəsi saxlamamış və nəticədə onunla toqquşmuşdur. Yoxlama zamanı sürücü Şəxs sürücülük hüququndan məhrum edilməsi və avtomaşını narkotik maddədən istifadə etmiş halda idarə etməsi müəyyən edilmişdir. Xəta nəticəsində Salyan rayonu Xıdırlı kənd sakini X1 maddi ziyan dəymişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının YPX baş inspektoru F.R.Həsənov protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 05 avqust 2022-ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi “Renault Logan” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax yolunun 65-ci km-də geriyə dönmə yerində geriyə rayon istiqamətinə dönərkən qarşıda yolun sol hissəsində dayanmış VAZ 2107 markalı, **-EU- *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol tərəfi ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Barəsində həmin tarixdə Yol-Patrul Xidməti Alayının 6-cı tağımının YPX baş inspektoru X3 tərəfindən protokol tərtib olunmuş, səhəri gün sığorta ilə əlaqədar təkrar Baş Dövlət Yol Polisi İdarəsinə yaxınlaşması bildirilmişdir. Daha sonra hadisə yerindən uzaqlaşıb getmişlər. Protokol tərtib olunan zaman yəni 05 avqust 2022-ci il tarixdə o, ayıq olmuş, heç bir narkotik vasitə qəbul etməmiş və onun təsiri altında olmamışdır. Həmçinin Məhkəmə iclasında Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, 06 avqust 2022-ci il tarixdə Bakı istiqamətinə gələrkən sərnişin olduğu avtomaşında iki nəfər ona narkotik maddə olan marixuana təklif etmiş o da qəbul etmişdir. Buna görə də onun barəsində protokol tərtib edildiyi gündən bir gün sonra yəni 06 avqust 2022-ci il tarixdə narkotik maddənin qəbulu faktı və vəziyyətini təyin edən tibbi müayinədən keçirilərkən narkotik maddə (marixuana) qəbul etməsi faktı aşkar edilmişdir. Yuxarıdakılara əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinni məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 avqust 2022-ci il tarixli, AP ******* nömrəli protokoldan görünür ki, Şəxs 05 avqust 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı-Qazax yolunun 65-ci km-də qarşısında hərəkətsiz halda dayanmış VAZ 2107 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ara məsafəsi saxlamamış və nəticədə onunla toqquşmuşdur. Yoxlama zamanı sürücü Şəxs sürücülük hüququndan məhrum edilməsi və avtomaşını narkotik maddədən istifadə etmiş halda idarə etməsi müəyyən edilmişdir. İş materiallarında olan narkotik maddə qəbulu faktı və vəziyyətini təyin edən tibbi müayinə haqqında 06 avqust 2022-ci il tarixli, 839 nömrəli aktdan görünür ki, Şəxs həmin gün saat 10:30 radələrində tibbi müayinədən keçirilərkən onda narkotik maddə (marixuana) qəbul etməsi faktı aşkar edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 05 avqust 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı-Qazax yolunun 65-ci km-də qarşısında hərəkətsiz halda dayanmış VAZ 2107 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ara məsafəsi saxlamamış və nəticədə onunla toqquşmuş, sonradan hadisə ilə bağlı həmin günü inzibati xəta haqqında protokol tərtib olunmuş lakin Şəxs həmin gün deyil bir gün sonra yəni, 06 avqust 2022-ci il tarixdə narkotik maddənin qəbulu faktı və vəziyyətini təyin edən tibbi müayinədən keçmiş və onda narkotik maddə (marixuana) qəbul etməsi faktı aşkar edilmişdir. Həmçinin məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, 05 avqust 2022-ci il tarixdə o, ayıq olmuş, heç bir narkotik vasitə qəbul etməmiş və onun təsiri altında olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.3-cü maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddənin dispozisiyasından da, göründüyü kimi həmin maddənin tərkibinin yaranması üçün inzibati xəta törədən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmamaqla yanaşı vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunmaqla sərxoş vəziyyətdə idarə etməlidir. Yalnız məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi 05 avqust 2022-ci il tarixdə baş verməsinə və qanunvericiliyin tələblərinə əsasən protokol dərhal tərtib edilməsinə baxmayaraq inzibati xəta törətməsi güman edilən şəxs Şəxs həmin gün deyil bir gün sonra yəni, 06 avqust 2022-ci il tarixdə narkotik maddənin qəbulu faktı və vəziyyətini təyin edən tibbi müayinədən keçirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik maddə qəbulu faktı və vəziyyətini təyin edən tibbi müayinədən keçirilmədən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən isə müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-880/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-880/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver