Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-882/2025 02.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X3, X6 Yurikoviçin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3124/2023 saylı, 02 noyabr 2023-cü il tarixli icra sənədini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3124/2023 saylı, 02 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 16585 (on altı min beş yüz səksən beş) manat məbləğində pulun tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 03 iyun 2024-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu hal-hazıradək yaranmış borcundan heç bir ödəniş etməmişdir. Bundan başqa borclu icra məmurunun çağırışlarına da məhəl qoymayarq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Borclunun işlə təmin olunması üçün həm X2 həm də 1 saylı Bakı DOST Mərkəzinə müraciət edilmiş, 1 saylı DOST Mərkəzindən Qaradağ rayon İcra Şöbəsinə ünvanlanmış 26 avqust 2024-cü il tarixli məktubda vətəndaş Şəxs Mərkəzə müraciət edəcəyi təqdirdə köməklik göstəriləcəyi bildirilmişdir. X1 Bakı Regional Məşğulluq Filialından isə Qaradağ rayon İcra Şöbəsinə ünvanlanmış 10 sentyabr 2024-cü il tarixli məktubla Şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) iş axtaran və ya işsiz kimi qeydiyyata alınmadığından onun münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsinin mümkün olmadığı bildirilmişdir. Beləliklə, bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 02 may 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən X6 Yurkoviç öz izahatında borclu Şəxs ona olan borcunu tam şəkildə ödəməsini, bu baş vermədikdə isə inzibati qaydada həbs olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, borclu borcunun ödənilməsi üçün heç bir cəhd göstərməmiş, borc məbləğindən az bir məbləğdə də olsa heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Halhazıradək azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyindən iş tapa bilməmiş, buna görə yaranmış borc məbləğindən heç bir ödəniş edə bilməmişdir. Keçən aydan fərdi qaydada sürücü kimi işləməyə başlamış, beləliklə də şərait yaradılcağı təqdirdə yaranmış borcundan kifayət qədər ödənişlər edəcəkdir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 02 may 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 02 may 2025-ci il tarixdən saat 15:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-882/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-882/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver