Məhkəmə qərarları › İş №3(002)-883/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-883/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-883/2020 14.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X10 TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X10 polis leytenantı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, inzibati xəta üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə həyat yoldaşı X4 20 ildir yüksək dərəcəli şəkər xəstəsi olduğu üçün vəziyyəti pis olduğundan onu idarə etdiyi maşınla ömür klinikasına aparmaq məcburiyyətində qalmışdır. Həyəcandan cəmi bir dəqiqə vaxt aparan icazə götürmək yaddan çıxmışdır. Onu yolda yol polisi saxlamış, sənədlərini tələb etmişdir. İcazə götürmədiyini ona bildirmişdir. Vəziyyəti nə qədər ağır və acınacaqlı olduğunu ona söyləməyinə baxmayaraq, hətta onun qarşısında diz çökməyə qədər yalvarmış, polis əməkdaşı onun yalvarışlarına məhəll qoymayaraq ona 200 manat cərimə yazmaqla vəzifə borcunun bitmiş hesab etmişdir. Özü heç bir yerdə işləmir cəmi 230 manat pensiya alır və heç cür dolana bilmir. Buna görə də müraciət edərəkAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X10 İXP seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu və həmin protokol üzrə qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X10 polis leytenantı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında qərarı, eləcə də qərardan şikayət vermiş şəxsin izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X10 polis leytenantı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 xx.xx.2020-ci il tarixdə, saat 09:16-da Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində idarə etdiyi “Mercedes Benz” narkalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının işarələrinin tələblərinə riayət eməməyi və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.1 və 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək möddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il tarixli qərarı ilə saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmiş, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il № 163 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00dək uzadılmış, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlamış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 15 iyun saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli195 nömrili qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 iyul saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 207 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 220 nömrəli qərarı ilə «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmiş, «SMSməlumatda” sözlərindən sonra “və ya E-Təbib” mobil tətbiqində” sözləri əlavə edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 255 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Məhkəmə qeyd edir ki, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq yaşayış yerini tərk etmək üçün SMS icazə sistemi xx xxxx 2020-ci il qüvvədə olub. Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə xüsusi karantin rejimi müddətində müəyyən fəaliyyət sahələrinə müvafiq şərtlərlə icazə verilib. Lakin, şikayət vermiş şəxsin izahatından da aydın olur ki, həmin vaxt onun yaşayış yerini tərk etmək üçün müvafiq icazəsi olmamışdır. Məhkəmə hesab edir ki, X2 xx.xx.2020-ci il tarixdə xüsusi rejim şəraitində evindən kənara çıxmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarında göstərilmiş təxirəsalınmaz halların hansına aid olması, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifəsini icra etməklə əlaqədar olması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X2 Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilməsinə dair Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X10 vəzifəli şəxsinin qəbul etdiyi TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X10 vəzifəli şəxsinin TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X10 vəzifəli şəxsinin qəbul etdiyi TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar