Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-884/2024 22.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şikayət verən şəxs X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 27 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı , 27 mart 2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 04 dekabr 2023-cü il tarixli, 112 nömrəli əmrlə E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin tərbiyəçisi X4 əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən xitam verilmişdir. Bundan sonra, Ülviyyə Mahmudovanın şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən aparılan araşdırma nəticəsində qəbul edilmiş 27 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 900 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən Ülviyyə Mahmudova ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq, ona qanunla nəzərdə tutulmuş yekun haqq-hesabın verilməsi gecikdirilmişdir. Qeyd edilən qərarla razı deyildir və hesab edir ki, aşağıdakı əsaslara görə qeyd olunan qərar ləğv olunmalıdır. Belə ki, rəhbəri olduğu təhsil müəssisəsi dövlət büdcəsindən maliyyələşir və ödənişlərin həyata keçirilməsi məqsədilə tərəflərindən hər ay Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinə kredit açılması üçün müvafiq sifariş göndərilir. Həmin qurum maliyyə vəsaitini sifariş qəbul edildikdən təxminən 22-23 gün sonra ayırır. Ülviyyə Mahmudovnın əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona son haqqhesabın verilməsini nəzərdə tutan müvafiq sifariş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinə göndərilmişdir. Elm və Təhsil Nazirliyi tərəfindən isə müvafiq vəsait xx.xx.2023-cü il tarixdə ayrılmış, elə həmin tarixdə də, X1 xx.xx.2023-cü il tarixi də daxil olmaqla əmək haqqı və son haqq-hesabı ödənmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi bunları nəzərə almamış, ədalətsiz, qanunsuz və əsassız qərar qəbul etmişdir. Göründüyü kimi, heç bir qanun pozuntusu törətməməsinə baxmayaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati qərarı əsassız hesab edir və qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 27 mart 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X6 şikayət ərizəsni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X9 27 mart 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı müdafiə edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 27 mart 2024cü il tarixli qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 192.4-cü maddəsi ilə 900 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 27 mart 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X6 tərəfindən əmək qaunvericiliyinin pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilsə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X6 tərəfindən Ülviyyə Mahmudovanın əmək müqaviləsinə xitam verilən zaman bütün prosessual qaydalara əməl olunmuş, həmçinin sonuncuya son haqq-hesabın ödənilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinə müvafiq sifariş göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş versə belə, bu inzibati xətada X2 hər hansı hərəkət və hərəkətsizliyi mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 27 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-884/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-884/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver