Məhkəmə qərarları › İş №3(002)-89/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-89/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-89/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına **********2878 saylı gömrük bəyannaməsi ilə daxil olan yüklərə gömrük dəyəri bağlı araşdırma aparılması məqsədi ilə baxış keçirilən zaman, bəyannamədə malların mənşə ölkəsinin müxtəlif mal mövqeləri üzrə Çin Xalq Respublikası, Polşa, Türkiyə Respublikası kimi bəyan olunduğu halda, malların qablaşdırılmasının üzərində “X5” qeyd edilmişdir. Araşdırma məqsədilə 2020/FVE/G/000140 nömrəli invoys əsasında **********2878 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin mənşəyini və dəyərini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən 1400-013/006-24/007035 nömrəli, 15.09.2020-ci il tarixli və 1400-013/006-25/007034 nömrəli, 15.09.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə və X2 müraciət edilmişdir.X1 daxil olmuş 2200-015/002-25/005414 saylı, 14.102020-ci il tarixli ekspertiza rəyinə əsasən 2020/FVE/G/000140 nömrəli 19.08..2020-ci il tarixli invoysun mövqeləri üzrə idxal olunan yükdən təqdim olunmuş nümunələr Odlewnicsa küçəsi 6, 03- 231 Warszawa ünvanında yerləşən “DENCKERMANN SP Z O.O” şirkətinə məxsus olan “DENCKERMANN” nişanlı avtomobil ehtiyat hissələri xarici görünüşü, qablaşdırılması, etiketlənməsi, üzərində qeyd olunan artikl nömrəsinə əsasən 1-274,276-279, 283-320-ci, 326-342ci mövqələri üzrə Çin Xalq Respublikasında, 281,282,321-325-ci mövqelər üzrə Polşa Respublikasında və 275 və 280-ci mövqeləri üzrə Türkiyə Respublikasında istehsal olunmuş və “DENCKERMANN SP.Z.O.O” şirkətinə məxsus Polşa Ticarət Palatası tərəfindən verilmiş PL/MF/AP ******* qeydiyyat nömrəli 25.08.2020-ci il tarixli təsdiqlənmiş mənşə sertifatına əsasən Çin, Polşa və Türkiyə mənşəli məhsulları olduğunu məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/3637 saylı 19.10.2020-ci il tarixli ekspert rəyinə əsasən, **********2878 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş mallardan ekspertizaya təqdim edilmiş 342 adda ehtiyat hissələrinin ümumilikdə orta bazar qiyməti təxminən 144786.00 manat müəyyən edilmişdir. Odur ki, bu halın gömrük ödənişlərinin məbləğində təsir edib-etməməsini və təsir etdiyi təqdirdə ŞəxsMMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/029582 saylı 20.10.2020-ci il tarixli raportla sorğu olunmuş sorğuya cavab olaraq daxil olmuş 34/012/029711 saylı 21.10.2020-ci il tarixli raportda ŞəxsMMC tərəfindən qeyd olunan gömrük bəyannaməsi ilə bəyan edilmiş ümumilikdə 342 adda ehtiyat hissələrinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/3637 saylı, 19.10.2020-ci il tarixli ekspert rəyinə əsasən ümumilikdə orta bazar qiyməti təxminən 144786.00 (bir yüz qırx dörd min yeddi yüz səksən altı) manat olduğu təqdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləğinin idxal rüsumu üzrə 1202.42 manat, əlavə dəyər vergisi 1675,89 manat olmala, ümumilikdə 2878,31 manat təşkil etdiyi qeyd olunmuşdur. ŞəxsMMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin qeyd hissənini 2-ci bəndinə əsasən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində 20.06.2020-ci il tarixli, 00100/1077 saylı qərar ilə məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Nəticədə ŞəxsMMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahatında təmsil etdiyi hüquqi şəxs barəsində tərtib edilmiş protokolla razı olduğunu, iş üzrə minimum həddə cərimə edilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünürki, gömrük ödənişlərindən yayınma məbləği 2878.31 manat göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ŞəxsMMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı ikinci dəfə olaraq törətmişdir. Belə ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 20.06.2020-ci il tarixli, “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-0506/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXMnin 505-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 2878,31 (iki min səkkiz yüz yetmiş səkkiz manat, otuz bir qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində, yəni 2014 ( iki min on dörd manat) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qarağağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar