Məhkəmə qərarları › İş №3(002)-89/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-89/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-89/2023 25.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1978-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massiv, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 25 yanvar 2023-cü il tarixli MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 20 dekabr 2022-ci il tarixdə, axşam saat 19:45 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən evində həyat yoldaşı X2 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X9 tərəfindən İXMnin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X7 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 38-ci PBnin baş təhqiqatçısı, polis mayoru X5 13 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessusal rəhbərliyi həyata keçirən Qaradağ rayon Prokuroruna göndərilməsi, çıxarılmış qərar barədə işdə maraqlı tərəflərə məlumat verilməsi və qərarın surətinin qeyd olunan hadisəni törətmiş Şəxs barəsində İXM-nin 157ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-na həvalə edilməsi, materialın saxlanması üçün Qaradağ RPİ-nin 38-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan ailə münaqişəli ailə kimi qeydiyyatda olmaqla Şəxs mütəmadi olaraq yaşadığı evdə sərxoş vəziyyətdə ailə üzvlərinə qarşı qeyri-qanuni hərəkətlər etməkdə davam edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 öz izahatında bildirmişdir ki, Şəxs ilə on beş ildir ki, evlidir. Birgə nikahdan üç azyaşlı övladı var. Şəxs bundan əvvəl də bir neçə dəfə də onu döymüş və ona müxtəlif xəsarətlər yetirmişdir. 20 dekabr 2022-ci il tarixdə, axşam 19:45 radələrində Şəxs ilə yaşadıqları mənzildə mübahisə baş vermiş, əri onu təhqir etməyə başlamış və başına yumruqla və tava ilə vurmuşdur. O öz izahatında daha sonra qeyd etmişdir ki, oxşar hadisə yeni il ərəfəsində, yəni 31 dekabr 2022-ci il tarixdə də baş vermişdir. O ərinin evdə etdiklərinin həm də uşaqlarının psxilogiyasına ağır təsir göstərdiyini, onunla yaşamağın dözülməz olduğunu, ərinin mütəmadi olaraq spirtli içki qəbul etdiyini, heç bir faydalı əməklə məşğul olmadığını bildirərək Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab edərək öz izahatında bildirmişdir ki, maddi sıxıntılar və işsizlik səbəbindən ruh düşkünlüyü yaşayır. Buna görə də mütəmadi spirtli içki qəbul etməklə ailələrində tez-tez həyat yoldaşı ilə mübahisələri yaranır. Həqiqətən də 20 dekabr 2022-ci il tarixdə, səhər saatlarında X4 ilə yenə aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbiləşərək onu yumruqla vurmuşdur. Lakin 31 dekabr 2022-ci il tarixdə zərərçəkəni döyməmişdir. O, öz izahatında bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 22 dekabr 2022-ci il tarixli 941 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər – başın ənsə və hər iki bazu nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 20 dekabr 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş M.E.Quliyevanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş gün) müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 25 yanvar 2023-cü il saat 11:45-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-nə həvalə edilsin. 4.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar