Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-893/2021 17.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 nümayəndəsi X3, Barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 iştirakları ilə, Şəxs MMC barəsində İXM-nin 228-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 nümayəndəsi X6 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 03 iyun 2021-ci il tarixdə agentliyin nümayəndələri tərəfindən nizamnaməyə uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu, “Şıxlar” qum yatağında "xxxx" MMC-yə məxsus yataq sahəsinə monitorinq keçirilmişdir. Yataq sahəsinə baxış keçirilən zaman müəyyən olundu ki, ərazidə istismar işləri Şəxs MMC-yə məxsus şirkət tərəfindən hasilat işləri aparılır. Şəxs MMC-yə məxsus 00777 nömrəli 2013-cü il 14 oktyabr tarixli yer təkindən müvafiq icazə sənədi “dağ-mədən ayırması” aktının müddəti 2018-ci il 14 oktyabr tarixində bitməsinə baxmayaraq, ərazidə qanunsuz olaraq hasilat işləri aparılırmışdır. Şəxs MMC-nin nümayəndəsi istismar aparılan sahəyə dəvət olunmuşdur və 15 dəqiqədən sonra özünü Şəxs MMC-nin nümayəndəsi kimi təqdim edən Səlim Məmmədov adlı şəxs **-VA-*** dövlət qeydiyyat nişanlı Mitsubishi L-200 markalı avtomobillə istismar aparılan sahəyə gəlmişdir. Səlim Məmmədov bildirmişdir ki, həmin yataq sahəsi "xxxx" MMC-yə məxsusdur və Şəxs MMC müqavilə ilə həmin yataq sahəsini icarəyə götürmüşdür. Yataq sahəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, yataq sahəsində Şəxs MMC qanunsuz olaraq qum hasilatı aparır. Ərazidə iki ədəd “Hyundai” markalı, bir ədəd “Hubong” markalı, bir ədəd “Doosan” markalı ekskavatorla qum götürülərək “Kamaz” markalı avtomobillərə yüklənilərək ərazidən kənara daşınır. Ərazidə dövlət qeydiyyat nişanı **-LC-***, **-RC-***, **-DC-***, **-VM-***, **-DR-***, **-RF-***, **-SO-***, **-SV-***, **-EV-***, **-ON-***, **-BB-***, **-BK-***, **-RX-***, **-UO-***, **-ER-***, **-TC-***, **-GS- ***, **-GF-*** olan “Kamaz” markalı avtomobillər və dövlət qeydiyyat nişanı **-NE-*** olan “FA3-51” markalı yanacaq maşını müşahidə edilmişdir. Səlim Məmmədov adlı şəxs istismar işləri aparılan sahələri göstərmiş və müəyyən olunmuşdur ki, üç sahədə hasilat işləri aparılır. Ərazidə ölçmələr zamanı birinci sahə 1514 kvadrat metr sahədə orta istismar dərinliyi 2 metr olmaqla 3028 kub metr, ikinci sahə 1634 kvadrat metr orta istismar dərinliyi 2,7 metr olmaqla 4411 kub metr, üçüncü sahə 1300 kvadrat metr orta istismar dərinliyi 4 metr olmaqla 3120 kub metr qum hasilatı aparılmışdır. Aparılmış hasilat "xxxx" MMC-yə “dağ-mədən ayrıması” aktı ilə 01267 nömrəli 04 may 2020-ci ildə 28 ha sahədən kənarda yerləşir. Şəxs MMC-nin Qobustan rayonu, Şıxlar qum yatağından çıxardığı hasilat qanunsuz hesab olunmuşdur. Ümumilikdə çıxarılmış 10559 kub metr qum hasilatı qanunsuzdur. Özünü Şəxs MMC-nin direktoru kimi təqdim edən X5 zəng edib bildirmişdir ki, həmin yataq "xxxx" MMC-yə məxsusdur və Şəxs MMC müqavilə ilə həmin sahədə qum hasilatı aparır. Aparılmış 10559 kub metr qum hasilatı 2021-ci il üzrə hasilatdır. Yataq sahəsinə baxış zamanı digər qazıntı olan sahələr aşkar olunmuş, lakin müəyyən edilə bilməmişdir ki, həmin sahədən qum hasilatı hansı müəssisə tərəfindən aparılmışdır. Nəticə olaraq Şəxs MMC tərəfindən qanunsuz hasilat işləri aparılmaqla “Yerin təki haqqında” Qanunun 9, 10, 20 və 46-cı maddələrinin tələbləri pozulmuşdur. Daha sonra o, barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, həmin hasilat işlərinin Şəxs MMC tərəfindən aparılması faktı fotoşəkillərdə və aktda öz əksini tapır və bunlar yetəri qədər sübut edir ki, həmin ərazidə hasilat işləri Şəxs MMC tərəfindən aparılmışdır. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, agentliyin nizamnaməsinə əsasən hüquq pozuntularına qarşı tədbirlər görmək agentliyin səlahiyyətindədir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X7 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 MN ******* nömrəli, 24 iyun 2021-ci il tarixli inzibati protokol tərtib edərək Şəxs MMC barəsində qərar qəbul edilməsi üçün inzibati araşdırma nəticəsində toplanmış materialları Qaradağ rayon məhkəməsinə göndərmişlər. Tərtib edilmiş protokolla razı deyil və aşağıdakı səbəblərə görə Şəxs MMC barəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, 000312 saylı, 03 iyun 2021-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunur ki, Şəxs MMC tərəfindən “Yer təki haqqında qanunun” tələblərinə zidd olaraq “Dağ-mədən ayırması” aktı icazə sənədi olmadan Qobustan rayonu Şıxlar qum yatağında faydalı qazıntı hasilatı etmişdir. Bildirmişdir ki, hasilat işlərinin Şəxs MMC tərəfindən aparılmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Belə ki, təqdim olunmuş fotoşəkillərdən həmin ərazinin məhz Şəxs MMC-yə məxsus olmasını və hasilat işlərinin həmin hüquqi şəxs tərəfindən aparılmasını təsdiq edən heç bir sübüt yoxdur. Həmçinin tərtib olunmuş aktın məhz həmin əraziyə baxış keçirilən zaman tərtib olunub-olunmaması da sual altındadır. Bundan başqa aktdan görünür ki, guya Şəxs MMC-nin nümayəndəsi aktla tanış olmaqdan və imzalamaqdan imtina etmişdir. Lakin həmin aktın tərtib edilməsindən təmsil etdiyi hüquqi şəxsin heç bir məlumatı olmamışdır. Həmçinin agentliyin həmin ərazidə yoxlama keçirmə səlahiyyəti və protokol tərtib etmək səlahiyyəti müəyyən olunmamışdır. Bundan əlavə protokolun tərtibi zamanı da kobud pozuntulara yol verilmişdir. Əvvəla protokolun tarixində düzəliş edilmişdir. Diqqətlə baxdıqda protkolun əvvəl 11.06.2021-ci il tarixdə tərtib edildiyini, sonradan isə üzərində düzəliş edəilərək 24.06.2021-ci il tarixinə dəyişdirildiyi görünür. İXM-nin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göründüyü kimi inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İXM-də nəzərdə tutulmuş hallarda eləcə də ətraf mühitin mühafizəsi sahəsində inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İnzibati araşdırılmanın aparılması üçün isə qərardad qəbul edilməli və həmin qərardadda İXM-nin 102.3-cü maddəsində qeyd edilmiş məlumatlar göstərilməlidir. İş materiallarından görünür ki, həmin qərardad ümumiyyətlə qəbul edilməmişdir. Əgər əlavə araşdırılmanın aparılmasına zərurət olmamışdırsa nəyə görə inzibati xəta haqqında protokol dərhal və ya ən geci iki gün müddətində tərtib edilməmişdir? Tərtib edilmiş 03.06.2021-ci il tarixli 000312 saylı aktdan da görünür ki, qeyd olunan inzibati xətanın Şəxs MMC tərəfindən törədildiyini sübut etmək üçün araşdırmanın aparılması zəruridir. Çünki həmin ərazidə olan texnikanın kimə məxsus olduğunu, ora gələn şəxslərin kim olduğunu, hansı müəssisəni təmsil etdiyini, istismar olunmuş ərazinin nə qədər olduğu və digər halları müəyyən etmək üçün araşdırmanın aparılması zəruridir. Əgər araşdırılma aparılmışdırsa qərardad qəbul edilməli və araşdırma da inzibati xətanın törədildiyi və ya aşkar edildiyi yerdə aparılmalı idi. Lakin bunların heç biri aparılmamış, əgər aparılmış olsaydı, təmsil etdiyi MMC-nin məlumatı olardı. Göründüyü kimi inzibati araşdırmanın aparılması barədə qərardad mövcud deyildir. Həmin qərardad sonradan qəbul ediləcəyi halda isə protokolun tarixi ilə uyğunsuzluq olacaqdır. Bu da inzibati araşdırmanın düzgün aparılmadığını bir daha təsdiq edir. Göründüyü kimi həmin yoxlamanın keçirilməsi, istərsə də yoxlamadan sonra inzibati araşdırmanın aparılması barədə də Şəxs MMC-yə heç bir rəsmi və yaxud qeyri-rəsmi məlumat verilməmişdir. 02 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməlidir. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 nümayəndələri tərəfindən bu normanın tələblərinə ümumiyyətlə riayyət edilməmişdir. Həmçinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli, 1361 nömrəli Fərmanına və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli, 02 may 2019-cu il tarixli fərmanlarında da həmin agentliyin protokol tərtib etmək və qərar qəbul etmək səlahiyyətinin olmadığı müəyyən edilir. Bundan başqa məhkəmədə tanış olunan aktdan aydın olur ki, Şəxs MMC tərəfindən 10559 kub metr qum hasilatı aparılmışdır. Bu göstəricinin də necə müəyyən edilməsi, hansı mütəxəssis rəyi və hansı metodlardan istifadə etməklə müəyyən edilməsi də göstərilməmiş və bu barədə heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız hesab edilməklə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş agentliyin nümayəndəsinin və barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, qeyd olunan inzibati əraziyə baxış keçirilərkən, bu barədə akt tərtib edilərkən və sonradan inzibati pozuntu ilə bağlı protokol və qərar qəbul edilərkən barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş, bununla bağlı hər hansı bir izahat alınmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 nümayəndələri tərəfindən qeyd olunan vaxtda və həmin ərazidə hansı əsaslarla yoxlama, yaxud baxışın keçirilməsinə dair rəsmi icazələrinin olubolmamasına dair sübutlar müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 24 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmiş və eləcə də inzibati xəta haqqında protokola düzəliş edilmiş, lakin bu barədə heç bir qeyd aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bundan başqa iş materiallarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 qeyd olunan inzibati pozuntu ilə əlaqədar inzibati araşdırma aparılıb-aparılmamasına, eləcə də İXM-nin 228-ci maddəsinə əsasən həmin agentliyin protokol və qərar qəbul etmək səlahiyyətinə hansı vəzifəli şəxsinin malik olmasına dair heç bir sübut əlavə edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 03 iyun 2021-ci il tarixli 000312 saylı aktın surətindən məlum olur ki, X9 X1 Monitorinq və Nəzarət şöbəsinin nümayəndələri tərəfindən qeyd olunan tarixdə Qaradağ rayonunda yerləşən “Şıxlar” qum yatağı ünvanında yerləşən "xxxx" MMC-də montiorinq keçirilərkən Şəxs MMC-nin icarə əsasında istifadə etdiyi ərazidə qanunsuz hasilat işlərinin aparıldığı qeyd edilmişdir. Göründüyü kimi bu fakt müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokol və qərarda öz əksini tapmamaqla İXM-nin 81.1 və 81.3-cü maddələrinin tələblərinə əməl edilməmişdir. Eləcə də həmin aktda qeyd olunan ərazinin icarə müqaviləsi əsasında Şəxs MMC-nin istifadəsində olduğu qeyd edilsə də, inzibati xəta haqqında protokolda bu barədə heç bir qeyd aparılmamış, buna aydınlıq gətirilməmiş və belə olan halda hansı əsaslarla Şəxs MMC barəsində protokolun tərtib edilməsi göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsində göstərilir ki, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 tərəfindən tərtib edilmiş 03 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında 24 iyun 2021-ci il tarixli, MN ******* saylı protokol əsassız hesab edilməklə, təqdim edilmiş inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-893/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-893/2021
17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver