Məhkəmə qərarları › İş №3(002)-893/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-893/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-893/2024 29.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin nümayəndəsi X1, «X11» ASC-nin nümayəndəsi X4 iştirakları ilə, «X11» ASC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 05 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: «X11» ASC-nin direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 05 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinun Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən 05 fevral 2024cü il tarixli, MN ******* saylı qərar qəbul edilərək mən İXM-nin 555.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi qeyd edilməklə 1100 manat məbləğində cərimə olunmuşdur.Hesab edir ki, inzibati xəta hadisəsi baş vermədiyindən qərar əsassız hesab edilməklə ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsinin 3-17-5/2-522/2024 nömrəli məktubunda qeyd edilir ki, “X11” ASC-nin işçisinin xəsarət alması ilə bağlı hadisə istehsalatda baş vemiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Belə olan İXM-nin 555.1-ci maddəsinin tətbiqi mümkün deyildir. Ona görə ki, həmin maddədə yalnız istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumatın verilməməsi inzibati xəta hesab edilir. Bundan başqa səlahiyyətli orqan tərəfindən inzibati xəta qanunvericiliyinin tələbləri pozulmaqla protokol tərtib olunmuşdur.İXM-nin tələblərinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra protokol tərtib edilməsi olsada hadisənin xx.xx.2023-cü il tarixdə baş verdiyi, xx.xx.2024-cü il tarixli, 3-17-5/2-522/2024 nömrəli məktubda isə X8 Xidmətinin Bakı şəhər idarəsinə məlumatın xx.xx.2023-cü il tarixdə verildiyi qeyd edilir. Hər iki halda da prtokolun tərtib edilmə müddəti ötürülüb. Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli qərarında da göstərilənləri təqzib edən əsaslandırma verilməyib. Yuxarıda qeyd edilənləri, inzibati xəta hadisəsinin olmadığını, qərar qəbul edilərkən inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyini, gəlinmiş nəticənin işin faktiki hallarına uyğun olmadığı, iş üçün əhəmiyyətli halların sübuta yetirilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 05 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən «X11» ASC-nin nümayəndəsi X7 şikayətin dəlillərinə uyğun şəkildə izahat verərək bildirdi ki, X8 Xidmətinin rəsmi məktubunda da qeyd olunduğu kimi baş vermiş hadisə bədbəxt hadisə hesab olunmur və buna görə də hadisə barədə məlumatın verilməməsinin inzibati xəta kimi qiymətləndirilməsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin nümayəndəsi X2 çıxışında qərarı müdafiə edərək şikayətin rədd edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 05 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarla «X11» ASC-nin direktoru X6 İXM-nin 555.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 1100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında «X11» ASC-nin direktoru X3 şikayət ərizəsində qeyd etdiyi halların işin faktiki hallarına uyğun gəlmədiyi müəyyən edilmişdir. «X11» ASC-nin direktoru X6 şikayət ərizəsində «X11» ASC-nin işçisinin xəsarət alması ilə bağlı hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olmadığını və bu səbəbdən hadisə baş verdiyi gün xidmətə bu barədə məlumat verilməməsinin İXM-nin 555.1-ci maddəsininin tələblərinin pozulması kimi qiymətləndirilməsinin istisna olunduğunu qeyd etmişdir. Məhkəmə şikayətçinin ərizəsində istinad etdiyi dəlili əsassız hesab etməklə qeyd edir ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli qərarının 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X8 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X8 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə- min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Bununla da məhkəmə hesab edir ki, X11 ASC-nin direktoru İsgəndər Əliyev cəmiyyətin işçisinin iş vaxtı xəsarət alması ilə nəticələnmiş hadisə barədə Dövlət Xidmətinə hadisə baş verən günü məlumat verməməklə İXM-nin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və sonununcunun həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 05 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «X11» ASC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-ni Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 05 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar