Məhkəmə qərarları › İş №3(002)-895/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-895/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-895/2022 19.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat bölməsinin rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin 05 avqust 2022-ci il tarixli 00700-0164/22 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs ümumi dəyəri az miqdarda, 24674,00 manat təşkil edən ayrı-ayrılıqda 50 ədəd üzərində “Cytu 1000 mg/10ml” sözləri yazılmış şüşə flakon, 40 ədəd üzərində “Targocıd40mg/13 ml” sözləri yazılmış şüşə flakon, 40 ədəd üzərində “Water for İnjections PH.Eur. 3ml, Sanofi. S.p.A. İtaly” sözləri yazılmış ampul, üzərində “VFEND 200mq(Vorikonazol)” sözləri yazılmış 3 qutu, hər qutuda 6 konvalyut (hər konvalyutda 10 həb) olmaqla cəmi 180 həb, üzərində “Revolade 50mq(Eltrombopaq olamin)” sözləri yazılmış 10 qutu, hər qutuda 6 konvalyut (hər konvalyutda 7 həb) olmaqla cəmi 420 həb, 20 ədəd üzərində “Revolade 50mq(Eltrombopag olamin)” sözləri yazılmış boş dərman qutusu, 3 ədəd üzərində “VFEND 200mg(Vorikonazol)” sözləri yazılmış boş dərman qutusu və 40 ədəd üzərində “Tarqocıd40mg/13ml” sözləri yazılmış boş dərman qutularını Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmək məqsədi ilə Türkiyə Respublikasında yaşayan şəxsiyyəti müəyyən edilməmiş qohumu vasitəsilə hüquqazidd niyyətindən xəbərsiz İbraqimova Naibanın adına 60BR926/44ZA308 nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasına göndərilmiş mebel yükünün içərisinə yerləşdirmiş, hüquqazidd niyyətindən xəbərsiz sürücü X3 tərəfindən idarə edilən həmin nəqliyyat vasitəsilə 30 may 2022-ci il tarixdə saat 20:30-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmiş və yüklərin rəsmiləşdirildiyi Sumqayıt Bas Gömrük İdarəsində qeyd edilən malları bəyan etməmiş, 31 may 2022-ci il tarixdə saat 14:30-da “Xocəsən” gömrük Terminalında 60BR926/44ZA308 nömrə nişanlı yük avtomobilinin yoxlanılması nəticəsində həmin dərman vasitələri və boş qutular aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında çıxış edən səlahiyyətli orqanın nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, 31 may 2022-ci il tarixdə Sumqayıt Baş Gömrük idarəsinin Əməliyyat təhqiqat şöbəsinə Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan İbragimova Naibanın adına 60BR926/44ZA308 dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə daxil olmuş “mebel” yüklərinin üzərində gömrük orqanına **********7127 sorğu nömrəli gömrük bəyannaməsi və digər mal-müşayiət sənədləri ilə bəyan edilmədən dərman vasitələrinin gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə daşınmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılmasından ötrü Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşlarından ibarət yaradılmış əməliyyat qrupu tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 30 may 2022-ci il tarixdə saat 20:30-da Qərb Ərazi Baş Gömrük idarəsinin “Mazımqara" gömrük postunda X3 tərəfindən idarə edilərək Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən “Scania" markalı 960BR926 nömrə nişanlı yük avtomobilinə qoşulmuş 44ZA308 nömrə nişanlı qoşqu 31 may 2022-ci ıl tarixdə saat 09:04-də təyinat gömrük orqanı-Sumqayıt Baş Gömrük idarəsinin Xocasən" terminalına çatdırılmışdır. Qeyd olunan qoşqudakı mallar müşayiət sənədləri üzrə İbragimova Naiba tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 31 may 2022-ci il tarixdə **********7127 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edildikdən sonra həmin un saat 14:30-də “Xocəsən” terminalının anbarında mallara əməliyyat qrupunun üzvləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı əməliyyat qrupunun üzvlərinin göstərişi ilə mebel yükləri qutulardan hər biri ayrı-ayrılıqda açılaraq yüklər yoxlanılmışdır. Baxış nəticəsində mebel qutularının üzərinə bükülü şəkildə qoyulmuş bağlama açılmış, gömrük orqanına bəyan edilməyən və heç bır mal-müşayiət sənədində qeyd edilməyən 50 ədəd üzərində 'Cytu 1000mg/10ml" sözləri yazılmış şüşə flakon. 40 ədəd üzərində “Targocıd40mg/13ml” sözləri yazılmış şüşə flakon. 40 ədəd üzərində "Water for İnjections PH.Eur. 3ml, Sanofi. S.p.A. italy' sözləri yazılmış ampul, üzərində “VFEND 200mg(Vorikonazol)” sözləri yazılmış 3 qutu, hər qutuda 6 konvalyut (hər konvalyutda 10 həb) olmaqla cəmi 180 həb, üzərində “Revolade 50mg(Eltrombopag olamin)" sözləri yazılmış 10 qutu, hər qutuda 6 vonvalyut (hər konvalyutda 7 həb) olmaqla cəmi 420 həb. 20 ədəd üzərində "Revolade 50mg(Eltrombopag olamin)” sözləri yazılmış boş dərman qutusu, 3 ədəd üzərində “VFEND 700mg(Vorıkonazol)” sözləri yazılmış boş dərman qutusu və 40 ədəd üzərində “Targocıd40mg/13ml" sözləri yazılmış boş dərman qutuları aşkar edilərək tərtib edilmiş protokol əsasında götürülmüşdür. Nəticədə, əlavə edilmiş digər sənədlərlə birlikdə Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xəta materialı aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun Türkiyə Respublikasında yaşayan qohumları vardır. Keçən il Türkiyə Respublikasına qohumları ilə görüşmək üçün getmişdir. Türkiyədən, Bursa şəhərindən qohumu bacısı oğlu Murad (Türkiyə vətəndaşı) aprel ayında onun sifarişi ilə 2 ədəd yataq dəstlərinin başlığı göndərmişdir. Namiq adlı şəxsi təxminən iki ilə əvvəldən tanıyır, onun Türkiyədən müxtəlif malların ölkə ərazisinə gətirilməsi işində əlaqəsi olduğunu bilirmiş. Aprel ayında bacısı oğlu Muradla əlaqə saxlayarkən, iki ədəd yataq dəstinin başlığının Azərbaycana göndərə biləcəyini soruşmuş, o isə orada İlkər adlı şəxslə malları göndərə biləcəyini dedi. Daha sonra o Namiqə bu barədə dedikdə o, İlkəri tanıdığını mebel başlığını onun vasitəsilə Azərbaycana, bizim ünvanımıza göndərə biləcəyini dedi. Sonradan o, Türkiyədən göndərilmiş həmin yataq başlıqlarını Azərbaycanda Namiq vasitəsilə qəbul etmiş və bu barədə heç bir ödəniş etməmişdir. Namiq ona heç bir ödəniş etməyə ehtiyac bilməmişdir. O, əsəb-ürək xəstəliyindən müalicə alır, Bakı şəhərində dərman vasitələri Türkiyə Respublikası ilə müqayisədə çox bahadır. Ona görə də bəzi dərman vasitələrini Türkiyə Respublikasından ölkə ərazisinə gətizdirmək qərarına gəlmişdir. Həmçinin yaxın qohumu Bəxtiyar adlı səxsin oğlu qan xərçəngindən əziyyət çəkir, ondan Türkiyə Respublikası ilə əlaqələrini bildiyindən, oğlunun müalicəsi üçün lazım olan bəzi dərman vasitələrini Azərbaycana gətirməyi xahiş etmişdir. Bu məqsədlə dərman vasitələrinin adları ona verilmiş, o isə lazım olan Bəxtiyarın adlarını verdiyi dərman vasitələrinin adlarını bacısı oğlu Murada Whatsapp vasitəsilə göndərmişdir. O dərman vasitələrini qısa müddət ərzində alaraq İlkər vasitəsilə Azərbaycana göndərəcəyini bildirmişdir. Təxminən iyirmi gün əvvəl Murad ona bildirmişdir ki, artıq dərman vasitələrini alıb və “İlkər” vasitəsilə Azərbaycan göndərəcək. Murad ona dərman vasitələrini bir bağlamada göndərəcəyini bildirmişdir. 01 iyun 2022-ci il tarixdə Türkiyədən bacısı oğlu Murad ona zəng edərək göndərdiyi ona məxsus dərman vasitələrinin Bakı şəhərində gömrük orqanında saxlanıldığını bildirmişdir. Saxlanılma səbəbini bildirməmişdir. 40 ədəd üzərində “Tarqocıd40mq/13ml” sözləri yazılmış şüşə flakon və 40 ədəd üzərində “Water for İniections PH.Eur. 3ml, Sanofi. S.p.A. İtaly” sözləri yazılmış ampul dərman vasitələri ona məxsusdur, 50 ədəd üzərində “Cytu 1000mg/10ml” sözləri yazılmış şüşə flakon, üzərində “VPEND 200mg(Vorikonazol)” sözləri yazılmış 3 qutu, hər qutuda 6 konvalyut (hər konvalyutda 10 həb) olmaqla cəmi 180 həb, üzərində “Revolade 50mg(Eltrombopag olamin)” sözləri yazılmış 10 qutu, hər qutuda 6 konvalyut (hər konvalyutda 7 həb) olmaqla cəmi 420 həb isə qohumu Bəxtiyara məxsusdur. Bütün dərman vasitələri onun istəyi ilə, sifarişi ilə Türkiyədən bacısı oğlu Murad tərəfindən göndərilmişdir. Qeyd olunan 40 ədəd üzərində “Targocıd40mg/13ml” sözləri yazılmış şüşə flakon və 40 ədəd üzərində “Waterfor İnjections PH.Eur. 3ml, Sanofi. S.p.A. İtalv” sözləri yazılmış ampul dərman vasitələri özünün müalicəsində istifadə olunacaqdır, digər dərman vasitələri isə qohumu Bəxtiyarın oğlunun müalicəsi üçün lazımdır. Bu malların normal dərman olduğunu bilmiş, lakin onun gömrük orqanına mütləq bəyan edilməli olduğunu bilməmişlər. Bacısı oğlu Murad bağlamanı Türkiyədə İlkər adlı şəxsə mebel bağlaması kimi təqdim etmişdir. Dərman vasitələri qara sellofan bağlamaya bükülüb ki, dərman vasitələri əzilib qırılmasın. O sadəcə dərman vasitələrinin sınmaması üçün bağlanmasını bildirmişdir. Adları və sayları ona təqdim edilən dərman vasitələri onun sifariş etdiyi dərman vasitələri ilə eynilik təşkil edir. Dərman vasitələrinin gömrük orqanına bəyan edilməli olduğunu bilməmişdir. “Tağıyev Namiq” adlı şəxs ona çatacaq dərman vasitələrinin avtomaşında göndəriləcəyini bilməmişdir, Naiba İbragimova adlı şəxsi tanımır. Ona aid olan dərman vasitəsinə aid resept yoxdur, lakin Bəxtiyarın oğluna çatmalı olan dərmən vasitələrinin resepti var. Dərman vasitələrinin dövlət qeydiyyatına alınmadan ölkə ərazisinə gətirilməsinin məsuliyyətə səbəb olacağını bilməmişdir, bu dərmanlar müalicə üçün gətirilmişdir. Göstərilənləri nəzərə alınaraq gömrük orqanına bəyan edilməyən müvafiq malların dövlət nəfinə müsadirə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “mallara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə Türkiyə Respublikasından ünvan 2 ünvanında qeydiyyatda olan İbraqimova Naibanın adına 60BR926/44ZA308 dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə daxil olmuş “mebel” yüklərinin üzərində gömrük orqanına **********7127 sorğu nömrəli gömrük bəyannaməsi və digər mal-müşayiət sənədləri ilə bəyan edilmədən dərman vasitələrinin gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə daşınmasına dair əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 30 may 2022-ci il tarixdə saat 20:30- da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda X3 tərəfindən idarə edilərək Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən “Scania” markalı 60BR926 nömrə nişanlı yük avtomobilinə qoşulmuş 44ZA308 nömrə nişanlı qoşqu 31 may 2022-ci il tarixdə saat 09:04-də təyinat gömrük orqanı-Sumqayıt Baş Gömrük İdarəsinin “Xocəsən” terminalına çatdırılmışdır. Qeyd olunan qoşqudakı mallar müşayiət sənədləri üzrə İbraqimova Naiba tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 31 may 2022-ci il tarixdə **********7127 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edildikdən sonra həmin gün saat 14:30-də “Xocəsən” terminalının anbarında mallara əməliyyat qrupunun üzvləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı əməliyyat qrupunun üzvlərinin göstərişi ilə mebel yükləri qutulardan hər biri ayrı-ayrılıqda açılaraq yüklər yoxlanılmışdır. Baxış nəticəsində mebel qutularının üzərinə bükülü səkildə qovulmuş bağlama açılmış, gömrük orqanına bəyan edilməyən və heç bir mal- müşayiət sənədində qeyd edilməyən 50 ədəd üzərində “Cytu 1000mq/10ml” sözləri yazılmış şüşə flakon, 40 ədəd üzərində “Targocıd40mg/13ml” sözləri yazılmış şüşə flakon, 40 ədəd üzərində “Water for İniections PH.Eur. 3ml. Sanofi. S.p.A. İtaly” sözləri yazılmış ampul, üzərində “VFEND 200ma(Vorikonazol)’ sözləri yazılmış 3 qutu, hər qutuda 6 konvalyut (hər konvalyutda 10 həb) olmaqla cəmi 180 həb, üzərində “Revolade 50mq (Eltrombopaq olamine)” sözləri yazılmış 10 qutu, hər qutuda 6 konvalyut (hər konvalyutda 7 həb) olmaqla cəmi 420 həb, 20 ədəd üzərində "Revolade 50mq(Eltrombopaq olamin)’ sözləri yazılmış boş dərman qutusu. 3 ədəd üzərində “VFEND 200mq(Vorikonazol)’ sözləri yazılmış boş dərman qutusu və 40 ədəd üzərində “Targocıd40mg/13mr sözləri yazılmış boş dərman qutuları aşkar edilərək tərtib edilmiş protokol əsasında götürülmüşdür. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi “X4” publik hüquqi şəxsin 1.3.1-2- 2022-8022 nömrəli 07 iyun 2022-ci il tarixli cavab məktubuna əsasən mütəxəssislər tərəfindən aparılan araşdırma nəticəsində məktubla təqdim olunan məhsullar dərman vasitələridir və dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 6/3178 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “002795 və 002796 Sumqayıt Baş Gömrük İdarəsi...” yazılan DGK-ya məxsus 2 ədəd polietilen paketdə adları cədvəldə göstərilən dərman vasitələrinin üzərində olan göstəricilərə əsasən istifadə müddəti bitməmişdir və həmin dərman vasitələri 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi icazə) tələb olunan prekursorlarn sivahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılan”na daxil deyildirlər. Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2022-ci il tarixli 9/4062 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dərman preparatlarının ümumilikdə xx.xx.2022-ci il tarixə orta qiyməti 24674,00 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə asasan ədalətlilik inzibati xatalar qanunvericiliyinin əsas prinsiplərindən biridir; 6.1-ci maddəsinə əsasən İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9-cu maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 26.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 481-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati xətanın bilavasitə predmeti olan məhsulların (malların) müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43,48- 51,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, tədqiqatdan sonra qalmış 49 ədəd üzərində “Cytu 1000mq/10ml” sözləri yazılmış şüşə flakon, 39 ədəd üzərində “Targocıd 400mg/13ml” sözləri yazılmış şüşə flakon, 39 ədəd üzərində “Water for İniections PH.Eur. 3ml Sanofi. S.p.A. İtaly” sözləri yazılmış ampul, üzərində “VFEND 200 mg (Vorikonazol) sözləri yazılmış 3 qutu, onlardan 2 ədədində 6 konvalyut, 1 ədəd qutuda 5 konvalyut (hər konvalyutda 10 həb) olmaqla cəmi 170 həb, üzərində “Revolade 50 mg (Eltrombopag olamine)” sözləri yazılmış 10 ədəd qutu, 9 ədədində 6 konvalyut, bir ədəd qutuda 5 konvalyut (hər konvalyutda 7 həb) olmaqla cəmi 413 həb məcburi qaydada və ödənişsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Qərarın rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar