Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-895/2024 29.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədzadə Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentlyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi küçəsi ərazisində xx.xx.2024-cü il tarixdə saat 12:55-də “Coffee Line” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Reklam Agentlyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 bildirmişdir ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi küçəsi ərazisində xx.xx.2024-cü il tarixdə saat 12:55-də “Coffee Line” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin suallarına cavab olaraq X1 bildirdi ki, inzibati xətaya dair xx.xx.2024-cü il tarixdə baxış keçirilərək akt tərtib edilmiş, bunun əsasında pozuntuların aradan qaldırılması üçün göstəriş müvafiq hüquqi şəxsin ünvanına göndərilmişdir. Həmin göstəriş hüquqi şəxsin əməkdaşı T.Nəbiyev tərəfindən 17 mart 2024-cü il tarixdə xəbərnaməsi imzalanmaqla təhvil alınmışdır. Lakin, hüquqi şəxs tərəfindən müvafiq ödənişlər 17 aprel 2024-cü il tarixdə həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin təsisçisi X4 bildirdi ki, həmin göstəriş ona 17 aprel 2024-cü il tarixində məlum olmuşdur. Belə ki, işçisi T.Nəbiyev tərəfindən həmin sənəd təhvil alınmasına baxmayaraq, məsuliyyətsizliyi səbəbindən ona gec məlumat vermişdir. Çünki səlahiyyətli idarə müvafiq xəbərdarlığı yalnız poçt vasitəsilə ona məxsus obyektə göndərmiş, ona məxsus mobil telefona sms vasitəsilə və ya onlayn xəbərdarlıq formasında göndərilməmişdir. Lakin, hazırda inzibati xətaya səbəb olmuş pozuntular aradan qaldırılmışdır. Göstərilənləri nəzərə alaraq, hüquqi şəxs barədə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxsə və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 12:25-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi küçəsi ərazisində “Coffee Line” adlı obyektin üzərində müvafiq icazə olmadan yayımlanmış 11 ədəd 7,4 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli göstərişdən görünür ki, Şəxs MMC-yə icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsnə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etməsi və ya icazəsiz reklam yayımını dayandırması tələb olunmuşdur. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli göstərişin surəti xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli XO240417001, XV240417002, XO240417003, XV240417003 serialı ödəniş taprışıqlarından görünür ki, müvafiq ödənişlər Azərbaycan Respublikasının Dövlət Reklam Agentlyi Bakı şəhəri Reklam İdarəsinin bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi üzrlü səbəbə əsaslanır. Həmçinin, cəmiyyətin rəhbərliyi inzibati xəta haqqında protokol barədə məlumat əldə etdiyi vaxtdan etibarən qeyd olunan cəriməni ödəməklə inzibati xəta tərkibini yaradan pozuntunu aradan qaldırılmışdır. Hazırki vəziyyət Şəxs MMC-nin hərəkətlərində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Belə ki, cərimə məbləği hüquqi şəxs tərəfindən ödənildiyi halda onların inzibati xəta haqqında protokol üzrə də məsuliyyətə cəlb edilmələri vəziyyətlərin ağırlaşmasına səbəb ola bilər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-895/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-895/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver