Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-897/2022 19.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Qaradağ rayonu Puta Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1ndən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1ndən Qaradağ rayonu Puta Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1ndən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala, o cümlədən 04 iyul 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Qaradağ rayonu Puta Bələdiyyəsinin inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim edilməli olan 01 iyun 2022-ci il tarixli (protokol № 08) qərarlarının (aktlarının) surətləri, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələbləri pozularaq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1nə) qəbul edildiyi andan 5 gün müddətində göndərilməli olduğu halda, həmin müddətdən 30 gün gec (01 iyul 2022-ci il tarixdə) göndərilmişdir. Qeyd olunanlara əsasən, Qaradağ rayonu Puta Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini qeyd edərək izahatında bildirmişdir ki, 01 iyul 2022-ci il tarixli qərarını inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq göndərilməli olduğunu bilir. İclas 01 iyul 2022-ci il tarixdə keçirilsə də Puta bələdiyyəsinin 08 nömrəli iclas protokolunun tarixi texniki səhv olaraq 01 iyun 2022-ci il kimi göstərilmişdir. Bələdiyyələr tərəfindən texniki səhvə yol verildiyi halda, həmin səhvin aradan qaldırılması üçün əvvəllər X1 tərəfindən 5 gün ərzində imkan yaradılsa da ona münasibətdə bu hal nəzərə alınmadan birbaşa inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bundan əlavə bildirmişdir ki, hal-hazırda Puta bələdiyyəsinin müxtəlif məbləğlərdə borc öhdəlikləri mövcuddur, bələdiyyə sədri olaraq onun ölkədən çıxışına qadağa qoyulmuşdur. Bu səbəbdən məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edildiyi halda qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1nin daxil olma möhüründən görünür ki, Qaradağ Rayon Puta Bələdiyyəsinin xx.xx.2022-ci il tarixində keçirdiyi 08 saylı iclas protokolu 01 iyul 2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. Qaradağ rayonu Puta Bələdiyyəsinin sədri Şəxs xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Qaradağ rayonu Puta Bələdiyyəsinin sədri tərəfindən 01 iyun 2022-ci il tarixli (protokol № 08) qərarlarının (aktlarının) surətləri, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1nə) qəbul edildiyi andan 05 gün müddətində göndərilməli olduğu halda, həmin müddətdən 30 gün gec (01 iyul 2022-ci il tarixdə) göndərilmişdir. Bununla da Qaradağ rayonu Puta Bələdiyyəsinin sədri Şəxs vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 400 (dörd yüz) manatdan 600 (altı yüz) manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Qaradağ rayonu Puta Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-897/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-897/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver