Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-899/2021 17.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2 və 329.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2 və 329.3-cü maddələri ilə inzibati xəta haqqında material daxil olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına Şəxs sürücülük vəsiqəsi əlavə edilməmiş, eləcə də şəxsin sürücülük hüququnun olub-olmamasına dair hər hansı bir sənəd təqdim edilməmişdir. Bundan başqa Şəxs şəxsiyyətini təsdiq edəcək hər hansı bir sənəd də iş materiallarına əlavə olunmamışdır. Bundan başqa Qaradağ Rayon Polis İdarəsindən Qaradağ Rayon Məhkəməsinə daxil olmuş məktubda X1 adlı şəxsin İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov 3(002)-308/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 29 yanvar 2021-ci il Bakı şəhəri QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs barəsində Qaradağ RPİ-dən daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxır. Prosessual hərəkət saat 09:05-də başlandı. Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs barəsində Qaradağ RPİ-dən daxil olmuş inzibati materialı araşdıraraq iş materiallarının geri qaytarılması barədə qərardad qəbul edir. Prosessual hərəkət saat 09:10-da başa çatdı. Hakim: Rufan Mürsəlov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ _____________________________________________________________ __ Az1063, Bakı şəhəri, Lök-batan qəsəbəsi, Bünyadzadə küçəsi, 3. Tel: 445- 85-07 _____________________________________________________________ __ İş № 3(002)-1174/2020 01 oktyabr 2020-ci il Qaradağ Rayon Polis İdarəsinə AZ1063, Bakı şəhəri, ünvan 1 ünvanladığınız inzibati material məhkəmənin 28 sentyabr 2020ci il tarixli 3(002)-299/2020 saylı qərardadı ilə Sizə geri qaytarılır. Qoşma: qərardadın surəti-01 vərəqdə, 1) İXP ******* saylı inzibati protokol və ona əlavə olunmuş sənədlər - ___ vərəqdə Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-899/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-899/2021
17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver