Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-899/2025 22.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7, Şikayət vermiş şəxs X8 iştrakları ilə, X8, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi tərəfindən qəbul edilmiş 01 may 2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan X18 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin MN ******* saylı, 01 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində yuxarıda göstərilən və yaşadığı ünvanda bir it saxladığına görǝ Qaradağ Rayon Polis şöbəsi tərəfindən İXM-nin 290.1.6 maddəsini rəhbər tutaraq qərar qəbul edilmişdir. Qərar inzibati xəta haqqında ******* saylı protokol əsasında tərtib edildikdə İXM-nin 290.1.6 maddəsini əsas gətirərək tərtib edən orqan dəlil və ya sübut göstərə bilməmişdir. Həm protokol, həm onun əsasında qərar pozuntularla tərtib edilib. Hadisənin predmeti haqqında protokolda "vət. X8 iti yaşadığı Qobu park yaşayış kompleksində xx.xx.2025 tarixdə binanın 4-cü mərtəbəsində vət. X5 dişləmişdir və 290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına» göstərilsə də, protokolda hadisə haqqında digər təfərrüatlar da göstərilməmişdir. Hadisənin predmetini təsdiq edən sübut sadəcə bu cümlə göstərilib "vət. X8 iti yaşadığı Qobu park yaşayış kompleksində xx.xx.2025 tarixdə binanın 4-cü mərtəbəsində vǝt. X5 dişləmişdir və 290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına". Halbuki, bu sübutlar olduğu yerin ünvanı və məzmunu mütləq göstərilməlidir. Sübut kimi ekspert rəyi göstərilsə də o düşünür ki, Polislə və şikayətçi ekspert arasında razılaşdırılmış verilmiş rəydir. Ekspert əgər itin dişlədiyini qeyd edib rǝy qəbul edirsə, həmçinin, onun itinin dişlədiyini bildirirsə, ekspertiza araşdırması düzgün aparılmayıb. İlk öncə bildirmək istəyir ki, xx.xx.2025-ci ildə özünü itin dişlədiyini iddia edən, Qönçə Quliyeva onun Polisə baş verən hadisə ilə bağlı müraciəti ilə onun müraciəti eyni gün və saatlara düşür. Hadisənin isə həmin gün həmin saatlarda baş verdiyini bildirir. Həmin saatlarda o əsaslandıra bilər ki, həmin gecə qonşunu onun iti dişləməyib, təsadüfən çəkdiyi videoya nəzər yetirən zaman görmək olur ki, onun yanında it yoxdur. O təkdir və Qönçə Quliyeva əlində başına taxta dəmir atır, həyat yoldaşı ilə birlikdə həmçinin şüşə götürüb əlinə hadisə zamanı onun üzərinə də atmış, həmin zaman isə onun əlinə aldığı şüşə parçasından əli kəsilə bilər və ya özü qəsdən mənə qarşı qərəzli olaraq özünə xəsarət yetirə bilər. Ekspert araşdırmasında itinin dişlədiyini qeyd olunursa itinin ağız suyu və onun dərisindən diş izləri ilə uyğunlaşdırılmalı, itim dişləyib-dişləmədiyi barədə düzgün rǝy verilməli idi. Halbuki ekspert foto şəkil çəkərək məsuliyyətini başa düşməyərək və yanına gələn şikayətçi ilə həmçinin, Polislə razılaşdırılmış rəy verib. Polisin ona qarşı qərəzli münasibətinin olmasının bir daha sübutu isə əvvəlki tarixlərdə barəsində EXP 1463725, EXP 1495470, EXP ******* tərtib olunmuş əsassız protokollara məhkəmə tərəfindən xitam olunması isə bir daha sübut edir. Halbuki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunmuşdursa, onun növü, modeli, markası, tipi, göstəriciləri və s. qeyd olunmalıdır. Protokol vǝ həm də qərarda imzası qoyulmalı olduğu yerdə protokol və qərarı tərtib edən şəxsin qolu ilə onun tam adı yazılıb. Onun imzası deyil, on imza qoymamışdır. Protokolu heç ona göstərməyiblər, imzalamaq təklif etməyiblər. Protokolda həmçinin göstərilir ki, o, X18, izahat verməkdən imtina etmişəmdir. (bunu təsdiq edən heç bir tərtib edilmiş akt yoxdur). Bu yalandır, izahat vermişdir. (tarix xx.xx.2025). Öz tərəfindən bunları demək istəyir. Yuxarıda göstərilən ünvanda ailəsi ilə yaşayır. Bir it saxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarındaki" 2-ci hissəsinə ("Heyvanların saxlanması şərtləri") əsasən baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Qeyd olunan Qaydalarda yalnız çoxmərtəbəli binaların ayrıca mənzillərində ev heyvanlarının sayı müəyyən edilib, həyət evlərində və həyətyanı sahələrdə belə məhdudiyyət yoxdur. Heyvanı Bakıda mütəmadi olaraq baytarlıq nəzarətindən keçirilirlər. Bu iti öz istəyi ilə öz evinə götürmüş və bir ildən çox müddətdir ki, saxlayır. Yuxarıda göstərilən "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarında 8-ci hissədə ("Heyvanların saxlanması qaydalarına nəzarət"), 8.1.2 maddəsində göstərildiyi kimi "daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarələrinə məlumat verir". Amma halbuki, protokolu tərtib edən orqan tərəfindən Baytarlıq İdarəsinə və hətta Qaradağ rayon İcra Hakimiyyətinə belə məlumat verilməyib, hansısa mübahisə yaradan nüanslar olsa belə, onların aradan qaldırılması haqqında təkliflər və ya hər hansı bir tədbirlər görülməyib. Avropa İnsan Hüquqları Məhkəməsi (Avropa Məhkəməsi) presidentlərində qeyd edib ki, iki şərtin (normanın ümumi xarakteri və tənbehin cəzalandırma məqsədi) mövcudluğu şəxsin cinayət ittihamına məruz qalmasını müəyyən etmək üçün yetərlidir. (see, Lauko v. Slovakia, judgment of 2 September 1998, Reports 1998-Vİ, § 58). Avropa Məhkəməsinin Azərbaycan Respublikası İXM-nin bu xüsusiyyətini artıq bir sıra işlərdə təkrar edib. (see Asadbeyli and Others v. Azerbaijan, judgment of 11 December 2012;§§ 152-55). Ərizəçi hesab edir ki, o qeyd olunan ittiham üzrə mühakimə olunarkən onun mühakiməsi konvensiyanın 6-cı maddəsinin bir sıra tələblərinə cavab verməyib. Belə ki, onun mühakimə olunması zamanı çəkişmə prinsipi pozulub, onun barəsində yetərincə əsaslandırılmamış qərar qəbul edilib. Ərizəçi hesab edir ki, onun hüquqlarının pozulması ölkədə inzibati xətalara dair işlərə baxılmasına dair qanunvericilikdə mövcud olan əhəmiyyətli sistem problemləri ilə bağlıdır. Ərizəçi barəsində 1 may 2025-ci ildə onun İXM-nin 290.1.6 cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Protokolda sadəcə bu maddənin tələblərini pozduğu, yəni "vət. X9 iti yaşadığı Qobu park yaşayış kompleksində xx.xx.2025 tarixdə binanın 4-cü mərtəbəsində vət. X5 dişləmişdir və 290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına" Lakin hansı qaydaları pozması, bu qaydaların tələblərinin nədən ibarət olması, ərizəçinin barədə protokolda heç bir şey göstərilməmişdir. Ərizəçi barəsində protokol hazır blankda tərtib edilsə də, blankda bir çox qrafalar doldurulmamışdır. Ərizəçinin inzibati xətanı harada törətməsi, bu xətanı təsbit edən hər hansı texniki vasitələr, xətanı görən şahidlər, ərizəçinin izahatı və vəsatətləri, ərizəçiyə hüquqlarının izah edilməsi barədə qrafalar boş saxlanmışdır. Eyni tarixdə bu protokol əsasında qərar qəbul edilib ərizəçi cərimə edilmişdir. Ərizəçi barəsində qəbul edilən cərimə olunması barədə qərar da blankda tərtib edilmiş və bu qərar da yarımçıq olmuşdur, qərarda ümumiyyətlə ərizəçinin törətdiyi əməl əsaslandırılmamışdır, yalnız təqsirli bilindiyi "İXM-nin 290.1.6-cı maddəsi" qeyd olunmuşdur. Ərizəçinin təqsirli bilinməsi barədə qərarın əsasını yalnız ərizəçi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol təşkil edir. Avropa Məhkəməsi Azərbaycanda inzibati xətalarla bağlı işlərə baxarkən yalnız protokola istinad edərək şəxsin təqsirliliyi məsələsini həll etməsi ilə bağlı problemləri artiq bir çox işlərdə vurğulayıb. (Gafgaz Mammadov v. Azerbaijan no. 60259/11, § 85, 15 October 2015). Ərizəçi hesab edir ki, İnzibati Xətalarla bağlı qanunvericilikdə olan əhəmiyyətli problem bu işlərə baxarkən ərizəçilərin hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, qanunvericilikdə vəzifəli şəxslərin tərtib etdiyi protokolların hüquqi təbiəti mübahisəlidir. Bu protokollar həm şəxslərə qarşı ittiham irəli sürən sənəd (İXM maddə 100), həm də bu ittihamı təsdiq edən sübutdurlar. (İXM maddə 76.1) Bu da məhkəmələrin yalnız protokola istinad edərək şəxsin təqsirli bilinməsi barədə qərar qəbul etməsinə şərait yaradır. Hesab edir ki, bu standartlarla mühakimə edilmə Konvensiyanın 6-cı maddəsinin ruhuna uyğun çəkişməli proses sayıla bilməz. Yuxarıda qeyd olunan Qafqaz Məmmədov işində vurğulandığı kimi bu çəkişmə prinsipini pozulmasını gücləndirən daha bir amil inzibati xətalarla bağlı prosesdə ittihamçı tərəf olaraq prokurorların iştirak etməməsidir. Belə şərtlər altında ittiham həm də özünün sübutuna çevrilir. Ərizəçinin situasiyasında vəziyyəti ağırlaşdıran amil, onun barəsində tərtib edilən protokolun əhəmiyyətli natamam olması, onun tərtib edilməsi barədə ona hüquqlarının izah edilməməsi və onun izahatının alınmaması və mövqeyinin öyrənilməməsi idi. Ərizəçi barəsində qərar qəbul edərkən də onun iştirakı təmin edilməmişdi. Ərizəçi yalnız qərarı alandan sonra, ondan şikayət vermək imkanı əldə etdi. Məhkəmə iclasında iştirak edən X18 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, 24 mart 2025-ci il tarixdə qonşusu Qönçə Quliyevanı onun saxladığı it dişləməmiş və bununla bağlı it ekspertiza araşdırması düzgün aparılmamışdır. Ekspert araşdırmasında onun itinin Qönçə Quliyevanı dişlədiyi qeyd olunsa da onun itinin ağız suyu və dərisindən nümunə götürülərək diş izləri ilə uyğunlaşdırılmamış, itin dişləyibdişləmədiyi barədə düzgün rǝy verilməmişdir. Onun fikrincə ekspert işin məsuliyyətini başa düşməyərək polislə razılaşaraq qərəzli rəy vermişdir. Bundan əlavə bildirmişdir ki, 24 mart 2025-ci ildə özünü itin dişlədiyini iddia edən Qönçə Quliyeva və onun həyat yoldaşı X22 ona dəmirlə xəsarət yetirmiş, o da polisə baş verən hadisə ilə bağlı müraciət etdiyi üçün qarşı tərəf də ondan it dişləməsi ilə bağlı əsassız olaraq müraciət etmişdir. Həmin saatlarda onun təsadüfən çəkdiyi videoya nəzər yetirən zaman görmək olur ki, onun yanında it yoxdur. O təkdir və Qönçə Quliyeva onun başına taxta dəmir atmışdır. Qönçənin həyat yoldaşı isə hadisə zamanı onun üzərinə şüşə atmışdır. Onun əli həmin şüşə parçasından da kəsilə bilərdi və ya özü qəsdən qərəzli olaraq özünə xəsarət yetirə bilərdi. O öz izahatında daha sonra göstərmişdir ki, bundan əvvəl də polis tərəfindən onun barəsində it saxlaması ilə bağlı qanunsuz olaraq üç dəfə qərar qəbul edilmiş və şikayəti əsasında həmin qərarlar Qaradağ rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq 01 may 2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X19 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 24 mart 2025-ci il tarixdə X10 10-cu Polis Şöbəsinə müraciət edərək həmin gün təxminən saat 20:00 radələrində yaşadığı binanın dördüncü mərtəbəsində olan zaman onuncu mərtəbədə yaşayan qonşusunun onun üstünə qəsdən iti buraxması nəticəsində itin onun sağ əlini dişlədiyini bildirmiş, həmin günü X20 ərizə ilə 10-cu PŞ-na müraciət edərək təxminən saat 20:00 radələrində yaşadığı binanın dördüncü mərtəbəsində olan qonşusunun əlində olan pol taxtası ilə onun başına vuraraq xəsarət yetirdiyini bildirmişdir. Qeyd olunan ərizələrlə bağlı 10-cu PŞ-də müvafiq araşdırma aparılmışdır. Faktla bağlı X3, onun əri X12, həmçinin şikayətçi X8 izahatları alınmış, 24 mart 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nın baş təhqiqatçısı, polis mayoru Emil Seyidbəyov tərəfindən “məhkəmə tibbi ekspertizalarının təyin edilməsi haqqında” qərarlar qəbul edilmişdir. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X32 Qaradağ rayon Şöbəsinin 22 aprel 2025-ci il tarixli, 152 saylı canlı şəxsin ekspertizası rəyi ilə X4 it dişləməsi nəticəsində dərəcəsi təyin edilməyən xəsarət alması faktı öz təsdiqini tapmışdır. Bundan başqa Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X26 Qaradağ rayon Şöbəsinin 22 aprel 2025-ci il tarixli, 153 saylı canlı şəxsin ekspertizası rəyi ilə X8 dərəcəsi təyin edilməyən bədən xəsarəti alması faktı öz təsdqini tapmışdır. Bununla bağlı 23 aprel 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nın baş təhqiqatçısı, polis mayoru Emil Seyidbəyov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, X13 döyərək ona bədən xəsarəti yetirən X12 əməlində İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından onun inzibati qaydada məsuliyyətə cəlb olunması, o cümlədən X1 ev heyvanı (itin) X3 üzərinə saldıraraq bədən xəsarəti yetiridyinə görə X8 əməlində İXM-nin 290.1.6-cı maddəsinin tərkibi yarandığından onun inzibati qaydada məsuliyyətə cəlb olunması qərara alınmışdır. Buna görə də onun tərəfindən şikayətçi barəsində İXM-nin 290.1.6-cı maddəsi ilə 01 may 2025-ci il tarixdə, MN ******* saylı inzibat tənbeh vermə haqqında qərar qəbul olunaraq şikayətçi iki yüz manat məbləğində cərimə olunmuşdur. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı şikayətçi X18 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilməsinə əsas olmuş eskpert rəyinin ona təqdim olunması və rəylə tanış olması üçün vəsatətlə müraciət etmişdir. Məhkəmənin 22 may 2025-ci il tarixli iclasında 22 aprel 2025-ci il tarixli, 152 saylı rəyin surəti X14 təqdim edilməklə rəy məhkəmə iclasında tədqiq edilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı X3, X21 və X8 müraciətləri əsasında toplanmış 755/25 saylı rədd materialı məhkəmə prosesi zamanı araşdırılmışdır. Materialda olan Qaradağ RPİ-nin 10-cu PŞ-nın baş təhqiqatçısı, polis mayoru Emil Seyidbəyov tərəfindən 23 aprel 2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan aydın olur ki, 1.X3, X21 və X9 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişi, 2.Qərarın surətinin məlumat üçün ibtidai araşdıravqusta prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və X15 göndərilməsi, 3.X16 döyərək bədən xəsarətləri yetirən X12 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından inzibati qaydada məsuliyyətə cəlb olunası, X2 ev heyvanı (it) X3 üzərinə saldıraraq bədən xəsarəti yetirdiyinə görə X9 əməlində Azərbaycan Respublikası İXM-nin 290.1.6-ci maddəsinin tərkibi yarandığından inzibati qaydada məsuliyyətə cəlb olunması qərara alınmışdır. Həmin materialda olan X3 izahatında göstərilir ki, 24 mart 2025-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı binanın blokunda mübahsiə zamanı qonşunun saxladığı alman iti onun sağ əlini dişləmişdir. Materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X32 Qaradağ rayon Şöbəsinin 22 aprel 2025-ci il tarixli, 152 saylı canlı şəxsin ekspertizası rəyindən aydın olur ki, 1.Vət. X3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- sağ əlin İİ barmağının sıyrığı bərk küt əşya təsirindən müayinədən 3-5 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. 2.Vət. Q.C.Quliyevanın almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət əl çatan nahiyədə olmasına baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Həmin ekspert rəyində göstərilmişdir ki: “Ekspertizaya təqdim edilmiş Şuşa Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 18-1-74/3-135/2025 saylı xx.xx.1968-ci il təvəllüdlü Füzuli rayon sakini X11 xx.xx.2025-ci il tarixdə it dişləməsi ilə TTTYS-na müraciət edib, lakin Antirabik vaksin vurulmayıb. xx.xx.2025-ci il tarixində qeydiyyatda olduğu «Şuşa RMX» PHŞ-nin poliklinikasına it dişləməsi ilə müraciət etmişdir. GEM ilə məsləhətləşdikdən sonra xəstəyə Rabishield 100mg 2.5 ml tayin edildi (bitmə tarixi 08.2025). tetanus əleyhinə anatoksin 05ml əzələ daxili (bitmə tarixi 12.2025) inyeksiya edildi. Diaqnoz: XBT: it dişləməsi.” Şikayətə əlavə edilmiş 01 may 2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X18 24 mart 2025-ci il tarixdə yaşadığı binanın 4cü mərtəbəsində vətəndaş X6 üzərinə ev heyvanlarını saldırdığına görə İXM-nın 290.1.6ci maddəsinin tələblərini pozmuş və 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışı zamanı X8 məhkəməyə təqdim etdiyi bir ədəd videodiskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də yaşayış binasının blokunda bir nəfər qadın və bir nəfər kişi olmaqla iki nəfər şəxs X18 ilə mübahisə edir və bu zaman kişi cinsli şəxs X13 vurmağa cəhd göstərir, lakin həmin görüntüdə hər hansı bir itin olması müəyyən edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 may 2025-ci il tarixli, 3(002)-832/2025 saylı inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X22 24 mart 2025-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, ünvan 4 ünvanının qarşısında ümumi istifadə olan yaşayış binasının blokunda qonşuluqda yaşayan X13 əlində olan metal döşəməsilən ilə vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetiridyi üçün İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 450 manat məbləğində cərimə edilmişdir. Həmin məhkəmə prosesində də X22 öz izahatında X18 ilə mənzilin blokunda mübahisə edərkən sonuncuya məxsus itin onun həyat yoldaşı Qonçanın barmağını dişlədiyini bildirmişdir. Məhkəmə baxışı zaman şikayətçi X18 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.6-ci maddəsinin tələbinə əsasən ev heyvanlarının insanların üzərinə saldırılmasına görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda göstərlənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128- 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X19 tərəfindən qəbul edilmiş 01 may 2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X8 verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-899/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-899/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver