Məhkəmə qərarları › İş №3(002)-9/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-9/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-9/2024 17.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7, Şikayət vermiş şəxs X10 iştirakları ilə, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin 07 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X18 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin 07 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən 07 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilərək o, İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi qeyd edilməklə 4000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş qərarda qeyd edilir ki, onun tərəfindən 2021-ci ilin iyun ayından 202-ci ilin iyun ayına kimi vətəndaş X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işləri yerinə yetirilməsinə cəlb edilmişdir. Bildirmişdir ki, o, hüquqi şəxs deyil, onun adına heç bir müəssisə və təşkilat qeydiyyatdan keçməmişdir. Mülkiyyətində heç əmlak yoxdur və sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Eyni zamanda X8 o işçi kimi işlətməmiş və onun işçi qəbul etməyə heç bir səlahiyyəti də olmamışdır. Onun hansı əsas görə hüquqi şəxs kimi cərimə edildiyi aydın deyildir və qanunsuzdur. O, hər hansı bir pozuntuya yol verməməklə yanaşı hər hansı bir inzibati xətanı törətməmişdir. Onun barəsində tərtib edilmiş yüksək məbləğdə cərimə qəbul edilməzdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyət daşınması nəzərdə tutulur. Onun tərəfindən hər hansı bir şəxs işçi kimi əməyə cəlb edilməmiş və əsassız olaraq barəsində protokol tərtib edilmişdir. Beləliklə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməlidir. Hesab edir ki, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 07 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X18 öz izahatında göstərmişdir ki, təqribən bir-iki ay müddətinə Qızıldaş qəsəbəsi ərazisində yerləşən “aqlay” sexini işlətmişdir. Həmin sex X12 adlı bir tanışına məxsus olmaqla ona 400 manata icarəyə verilmişdir. Sexi işlətdiyi dövrdə X15 adlı tanışı ona aqlay daşı satmış, o həmin daşların pulunun bir hissəsini ödəsə də 420 manat borcu qaldığına görə Mübariz Vahabovla aralarında mübahisə yaranmış və Mübariz ondan polisə şikayət vermişdir. O hadisə ilə bağlı 38-ci PB-na dəvət olunmuş və izahat yazmışdır. Bundan bir neçə gün sonra Qaradağ rayon Prokurorluğundan əməkdaş onun işlədiyi sexə gələrək ona əmək müqaviləsi bağlamadan qanunsuz sex işlətdiyini bildirmişdir. O aqlay sexini icarə əsasında işlətdiyini desə də prokurorluq əməkdaşı bunu nəzərə almamışdır. Bundan bir müddət sonra X17 Xidmətindən ona zəng edilmiş və izahat verməsi üçün dəvət olunmuşdur. O isə həmin vaxt yataq xəstəsi olduğu üçün ora yaxınlaşa bilməmiş, xidmətin əməkdaşlarından ona vaxt verilməsini xahiş etmişdir. Sonra isə ona məlum olmuşdur ki, barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq 4000 manat məbləğində cərimə edilmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda heç bir fəaliyyətlə məşğul olmamaqla maddi cəhətdən çox böyük çətinlik içəriisndədir və heç bir qazanca malik deyildir. Odur ki, məhkəməyə əlavə ərizə verərək şikayətinin təmin olunmasını, bu baş vermədiyi təqdirdə isə maddi durumunun ağır olmasının nəzərə almaqla minimum həddə cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X16 öz izahatında bildirmişdir ki, Qaradağ rayon X6 Müfəttişliyi Xidmətinə təqdim edilmiş sənədlər əsasında X18 tərəfindən X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və X18 barəsində 07 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə şikayət etmişdir. Məhkəmənin nəzərinizə çatdırmışdır ki, X1 rayon Prokurorluğuna verdiyi izahatında törətdiyi əməli etiraf edərək X4 əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini bildirmişdir. Digər bir məsələ isə Qaradağ rayon Prokurorluğunun 23 noyabr 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərarında müəyyən edilmişdir ki, X11 şahid qismində dindirilməsi zamanı Qaradağ rayonu, Qıızldaş qəsəbəsi ərazisində yerləşən Seymur Əsədovun icarədar kimi işlədiyi daş kəsim sexində fəhlə işlədiyini, onu fəhlə kimi işə götürənin Seymur Əsədov olduğunu, Seymur Əsədov tərəfindən mişar daşı ilə aqlay daşların kəsilməsi, daşların qurğu ilə cilalanıb cərgələrə yığılması, daha sonra isə hazır olan aqlay daşlarının müştərilərin avtomobillərinə yüklənməsi işlərinin yerinə yetirilməsinə cəlb edildiyini, onunla Seymur Əsədov arasında heç bir əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Hal-hazırda da şikayət vermiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərilən faktı təkzib etməmiş və bunun əsası ola biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4 işlərin görülməsinə cəlb etməklə konstitusion hüququ olan əmək müqaviləsi bağlanması hüququnu da pozmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini və X17 Xidmətinin 07 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 07 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və iş materiallarından aydın olur ki, vəzifəli şəxs X18 tərəfindən 2021-ci ilin iyun ayından 2023-cü ilin iyun ayınadək vətəndaş X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin və nümayəndənin izahatlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin 07 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməklə X10 İXM-nin 192.1-ci maddəsi üzrə aşağı həddə, yəni 3000 (üç min) manat miqdarında cərimələnməsi daha qanuni, əsaslı və ədalətlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun 23 noyabr 2023-cü il tarixli, 23-1-2-2/313-0150 nömrəli qərarına əsasən; 1.Vəzifəli şəxs X18 (FİN 3ETE0T2, VÖEN **********) – xx.xx.1984-cü ildə Yardımlı rayonu, Bilnə kəndində anadan olmuş, Azerbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş kesim sexində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan - barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, 2.barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi, 3.qərarın və toplanmış material baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə göndərilməsi, 4.qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, X18 izahatında təxminən iki ildir ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yeləşən daş kəsim sexini icarəyə götürüb işlətdiyini, qeyd olunan daş kəsim sexində müxtəlif "kamaz" markalı avtomobillərin sürücülərinin gətirib təklif etdiyi aqlay (blok) daşlarını sexdə olan kesim avadanlığı (daş mişarı) vasitəsi ilə kəsdirərək müvafiq müştərilərə satdığını, tərəfindən X5 2021-ci ilin iyun ayından 2023cü ilin iyun ayınadək həmin aqlay daşlarının sexdə kəsilməsi, cərgələrə yığılması və avtomobillərə yüklənməsi işlərinin görülməsi üçün fəhlə kimi cəlb edildiyini, onunla arasında heç bir əmək müqaviləsi bağlanmadığını bildirmişdir. X13 isə öz izahatında 2021-ci ilin iyun ayından 2023-cü ilin iyun ayınadək Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yeləşən, Seymur Əsədovun icarədar kimi işlətdiyi daş kəsim sexində fəhlə işlədiyini, onu fəhlə kimi işə götürən Seymur Əsədov olduğunu, Seymur Əsədov tərəfindən daş mişarı ilə aqlay daşlarını kəsilməsi, daşları qurğu ilə cilalayıb sonra cərgələrə yığılması, daha sonra isə hazır olan aqlay daşlarını müştərilərin avtomobillərinə yüklənməsi işlərinin yerinə yetirilməsinə cəlb edildiyini, onunla Seymur Əsədov arasında heç bir əmək müqaviləsi bağlanmadığını qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə baxışı zaman şikayətçi X10 etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair də hər hansı bir mötəbər hallar aşkar edilməmişdir. Lakin məhkəmə şikayət vermiş şəxsin şəxsiyyətini, onun ailə vəziyyətini və maddi durumunu, həmçinin onun məhkəmə iclasının gedişində şikayət təmin olunmadığı təqdirdə maddi vəziyyəti ilə əlaqədar olaraq aşağı həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı xahişini nəzərə alıb onun barəsində aşağı həddə yəni, 3000 manat məbləğində cərimə edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin 07 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X18 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar