Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-90/2023 06.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş şəxs X3 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon DYPŞ-nin Yol Patrul inspektoru X5 tərəfindən qəbul edilmiş 10 yanvar 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon DYPŞ-nin Yol Patrul inspektoru X5 tərəfindən qəbul edilmiş 10 yanvar 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ-nin Yol Patrul Xidməti İnspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı olmamış, özünü həmin maddə ilə təqsirli bilməmiş, ona görə də qərardan şikayət etmişdir. Belə ki, heç bir qayda pozuntusu etmədiyi halda Qaradağ rayon DYPŞ əməkdaşı onu saxlayaraq 327.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Göstərlilənləri nəzərə alaraq, Qaradağ rayon DYPŞnin Yol Patrul Xidməti İnspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin Yol Patrul xidməti inspektoru X5 izahatında bildirmişdir ki, V.C.Mustafazadə tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, V.C.Mustafazadə 10 yanvar 2023-cü il tarixdə, saat 10:52 radələrində idarə etdiyi avtomobillin dönmə işığını yandırmadan Sədərək TM dairəsinə daxil olmuşdur. Odur ki, tərəfindən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, şikayəti vermiş şəxs X2 məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmadığından məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin 10 yanvar 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, V.C.Mustafazadə 10 yanvar 2023-cü il tarixdə, saat 10:52 radələrində “Faw Hongqi HS5 minik” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, V.C.Mustafazadə 10 yanvar 2023-cü il tarixdə, saat 10:52 radələrində “Faw Hongqi HS5 minik” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin dönmə işıq göstəricisini yandırmadan dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olmuşdur. Bununla da o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməmiş, həmin qayda pozuntusu Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən bilavasitə qeydə alınmış və həmin nəqliyyat vasitəsi saxlanılmış sürücü barəsində dərhal inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərək ona təqdim edilmiş, o isə öz növbəsində bu qərara etiraz edərək məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 1-ci bəndinə təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi V.C.Mustafazadənin 10 yanvar 2023-cü il tarixdə, saat 10:52 radələrində “Faw Hongqi HS5 minik” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və həmin halın Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən bilavasitə aşkar edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin faktiki hallarına və V.C.Mustafazadənin şikayətini əsaslandırdığı dəlillərə və təqdim olunmuş videogörüntüyə qiymət verərək hesab edir ki, V.C.Mustafazadənin göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, qərar qəbul edildikdən sonra V.C.Mustafazadə inspektora etiraz edərək qayda pozmadığını bildirmişdir. Ona görə onun qeyd edilən əməli haqlı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbinin pozulması kimi qiymətləndirilmiş və onun həmin maddə ilə təqsirli bilərək 40 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon DYPŞ-nin Yol Patrul inspektoru X5 tərəfindən qəbul edilmiş 10 yanvar 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan V.C.Mustafazadənin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon DYPŞ-nin Yol Patrul inspektoru X5 tərəfindən qəbul edilmiş 10 yanvar 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-90/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-90/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver