Məhkəmə qərarları › İş №3(002)-90/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-90/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-90/2024 15.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Nəsimi RPİ-nin 22-ci PŞ-nın sahə inspektoru, polis leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən MN ******* saylı, 15 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 22-ci PŞ-nın polis sahə inspektoru, polis leytenantı X4 protoklu müdafiə edərək bildirmişdir ki, vətəndaş Şəxs 24 noyabr 2023cü il tarixdə Bakı şəhər BPİ-nin KMNMŞ-nın və Nəsimi RPİ NMB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda saxlanılaraq Nəsimi RPİ-yə dəvət edilmiş, narkotik vasitələrin və psixatrop maddələrin istehlak hallarının təyin edilməsi məqsədilə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçirilmiş və narkotik vasitələrdən (THC + teterahidrokannabinol) növündən istifadə etməsi faktı aşkar edilmişdir. Bütün bunlara əsasən onun barəsində 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. O öz izahatında vətəndaş Şəxs bu gün, yəni 15 yanvar 2024-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-na özünün könüllü gəldiyini bildirmişdir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Himaysində iki azyaşlı övladı var. Özü narkotik vasitələrin aludəçisi deyil, lakin ara-sıra balıq ovlamağa gedəndə siqaretə doldurub çəkməklə marixuana qəbul etmişdir. 18 noyabr 2023-cü il tarixdə “Nəriman Neftin” yaxınlığında yerləşən süni adaya balıq ovlamağa gedərkən az miqdarda marixuana qəbul etmişdir. Bundan bir neçə gün sonra, yəni 24 noyabr 2023-cü il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanda olan zaman polis əməkdaşları ona yaxınalaşaraq onun narkotik vasitələrin istifadəçisi olduğunu bildirərək onu Nəsimi RPİ-nin 22-ci PŞ-na dəvət etmişlər. O, öz izahatında səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 25 noyabr 2023-cü il tarixli, 7712 nömrəli rəyindən aydın olur ki, Şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar