Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-90/2025 10.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 21 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 21 dekabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh etmə haqqındakı qərarı ilə onu 600 manat cərimə etmişdir. Belə ki, idarə etdiyi nəqliyyat vasitəsi ilə Qaradağ rayonu, Sanqaçal qəsəbəsi ərazisində yük daşıdığı nəqliyyat vasitəsini elektron tərəzi vasitəsi ilə çəkisini müəyyən edərək şişirdilmiş çəki dərəcəsi müəyyən edərək cərimə yazılmışdır. Həmin elektron tərəzidə göstərilən çəkidə saxtakarlıq vardır. O, qanunla icazə verilən yük çəkisindən artıq yükü nəqliyyat vasitəsi ilə daşımamışdır. Ona görə də barəsində tətbiq edilən inzibati cəriməni, qanunsuz, əsassız və ədalətsiz hesab edir. Hesab edir ki, məhkəmə qaydasında ləğv edilərək yenidən araşdırılmaya verilməlidir. Azərbaycan Respublikası İXM-nin 353.2ci maddəsində əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. İnzibati protokol tərtib edən orqana və qərardan şikayət verən şəxsə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 21 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-90/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-90/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver