Məhkəmə qərarları › İş №3(002)-901/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-901/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-901/2020 21.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhimdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 etibarnamə üzrə nümayəndəsi məsləhətçi-müfəttişi X1 iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti bundan sonra (Şəxs ASC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X5 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəməyə vəsatətlə müraciət edərək, Şəxs ASC-nin hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, Moskva pr., 67-də yerləşdiyindən inzibati materialın aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 etibarnamə üzrə nümayəndəsi X4 Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 vəsatətinin təmin edilməsinə və inzibati materialın aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 yazılı vəsatətini və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Moskva pr., 67dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən Bu məcəllənin 110-cu maddəsinə əsasən müvafiq olaraq işin aidiyyati üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 vəsatəti əsaslı olduğundan təmin edilməli və Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112.4, 114 və 118-ci -cü madələrini rəhbər tutaraq QƏRARA ALDİM : Vəsatət təmin edilsin. Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar