Məhkəmə qərarları › İş №3(002)-901/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-901/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-901/2022 11.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Qaradağ Rayon Məhkəməsinin hakimi X1 Ramil Ərşad oğlu barəsində Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş materialları nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 3(002)-896/2022 saylı və 3(002)-901/2022 saylı inzibati materiallar daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılması Qaradağ Rayon Məhkəməsinə aid olmaqla icraata götürülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-896/2022 saylı və 3(002)-901/2022 saylı materialları üzrə icraat bir icraatda birləşdirilməli, qeyd olunan inzibati xəta haqqında işlərə 3(002)-896/2022 nömrəli material üzrə icraat olaraq eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 112-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-896/2022 saylı və 3(002)- 901/2022 saylı materialları üzrə icraat 3(002)-896/2022 saylı iş nömrəsi altında bir icraatda birləşdirilsin. Hakim Teymur Qurbanov 3(002)-896/2022 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) xx.xx.2022-ci il Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Qurbanov Teymur Əhməd oğlu, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edir. Sədrlik edən iş materiallarını tədqiq edir. Sədrlik edən Şəxs barəsində olan inzibati materialların birləşdirilməsi barədə qərar qəbul edir. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar