Məhkəmə qərarları › İş №3(002)-904/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-904/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-904/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Əməliyyat və X2 Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytinantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində bundan sonra- (Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 495-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 495-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında protokolundan görünür ki, ünvan 1 məhəllə ünvanında yerləşən “Şəxs’’ MMC tərəfindən 1 ədəd Komatsu Loader, model WA430-5, mühərrik SAA6D114E 320442, zavod 61199, ili 2007 olan birçalovlu yükləyici yükü **********6652 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi və 1 ədəd mühərriki 21843178, seriya H55472PW180-7, ili 2008 olan PW180-7 markalı təkərli ekskavator yükü **********3071 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi və uzatma ərizələri əsasında müvafiq olaraq xx.xx.2020 və xx.xx.2020-ci il tarixinədək müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən 1 ədəd Komatsu Loader, model WA430-5, mühərrik SAA6D114E 320442, zavod 61199, ili 2007 olan birçalovlu yükləyici və 1 ədəd mühərriki 21843178, seriya H55472PW180-7, ili 2008 olan PW180-7 markalı təkərli ekskavator yüklərinin müvəqqəti ixrac müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, **********6652 və **********3071 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin özgəninkiləşdirilməsi və hüquqi baxımdan yüklənməsinə qadağa qoyulması barədə Tiflis Şəhər Məhkəməsinin 2\4812-20 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının surətini və Azərbaycan dilində tərcüməsini Təhqiqat şöbəsinə təqdim etmişdir. Həmçinin Şəxs MMC-nin nümayəndəsi Tiflis şəhər Məhkəməsinin elektron məhkəmə portalına daxil olaraq 2/4812-20 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qərarın videogörüntüsünü qeydə aldıqdan sonra ********** nömrə vasitəsilə istifadəsində olan ********** nömrəli “Whatsapp” proqramına göndərmişdir. İstifadəsində olan ********** nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” proqramına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş 2/4812-20 nömrəli, xx.xx.2020-ci il tarixli qərar Tiflis şəhər Məhkəməsinin elektron məhkəmə portalında da öz əksini tapmışdır. Həmçinin həmin hallar Azərbaycan Respublikasının Gürcüstandakı gömrük attaşesi tərəfindən də yoxlanılaraq öz təsdiqini tapmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, **********6652 və **********3071 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin özgəninkiləşdirilməsi və hüquqi baxımdan yüklənməsinə qadağa qoyulması barədə Tiflis Şəhər Məhkəməsinin qərarı 2020-ci ilin fevral ayında qəbul edildiyi halda şirkət tərəfindən gömrük orqanlarına bu barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Əməliyyat və X2 Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytinantı X4 protokola uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır, ona görə də qeyd olunan hüquqi şəxsin barəsində tənbeh tədbirinin görülməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, **********071 və **********6652 sorğu nömrəli gömrük bəyannamələri ilə texnika maşınları yol layihəsinin işlənməsi məqsədilə Gürcüstan Respublikasına müvəqqəti ixrac gömrük prosedura altında göndərilmişdir. Müvəqqəti ixrac müddəti bitməsinə baxmayaraq pandemiya və məhkəmə qərarları olması səbəbi ilə yükləri geri qaytara bilməmişlər. Həmin **********071 və **********652 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilmiş yüklərlə bağlı Tiflis şəhər Məhkəməsinin qeyd yüklərlə bağlı məhkəmə qərarları mövcuddur və həmin yükləri onlardan asılı olmayana səbəblərdən geri qaytara bilməsələr bununla bağlı gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə gömrük orqanına məlumat verməmişlər. Hazırda öz məsuliyyətlərini dərk edirlər Göstərilənləri nəzərə alınaraq məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsinə dair xx.xx.2020-ci il tarixli protokoldan görünür ki,Tiflis şəhər Məhkəməsinin 2/4812-20 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs MMC tərəfindən **********3071 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 ədəd mühərriki 21843178, seriya H55472PW180-7, ili 2008 olan PW180- 7 markalı təkərli ekskavator yükü və **********6652 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 ədəd Komatsu Loader, model WA430-5, mühərrik SAA6D114E 320442, zavod 61199, ili 2007 olan birçalovlu yükləyici yüklərinin iddianın təmin tədbiri qismində özgəninkiləşdirilməsinə və hüquqi baxımdan yüklənməsinə qadağa qoyulmuşdur. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 xx.xx.2020-ci il tarixli 00100- 1538/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 495-ci maddəsinə əsasən, Gömrük nəzarəti altında olan, yaxud sərbəst zonaların ərazilərinə, müvəqqəti saxlanc və gömrük anbarlarına gətirilən, aparılan, saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanına hesabat verilməməsinə, yanlış hesabat verilməsinə və ya həmin malların uçotunun aparılması qaydasının pozulmasına görə - xəbərdarlıq edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndələrini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 495-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 495-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 495-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakı̇ m: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar