Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-906/2022 15.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qurbanova (Cəfərzadə) Lalə Ceyhun qızının iştirakları ilə, xx xxxxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, borclu Qurbanova (Cəfərzadə) Lalə Ceyhun qızının barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)- 2307/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 2307/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X3 alqısatqı müqaviləsi üzrə 50.000 manat borc pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X7 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1684/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ rayon Məhkəməsinin 2(002)-2307/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra icra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək icra sənədinin icrasından qərəzli olaraq yayınmaqla borcundan heç bir ödəniş etməmiş və bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 15 avqust 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Qurbanova (Cəfərzadə) Lalə Ceyhun qızının barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 öz izahatında bildirmişdir ki, Şəxs ilə aralarında qızıl-zinət əşyalarının alqı-satqısına dair şifahi müqavilə bağlanılmış, 78.000 manat dəyərində qızıl-zinət əşyalarını Şəxs mülkiyyətinə vermiş, cavabdeh həmin əşyaların dəyərinin bir hissəsini, yəni 28.000 manatı ödəsə də, qalan 50.000 manatı ona ödəməmişdir. Borclu indiyədək icra vərəqəsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və məhkəmə qətnaməsinin icrasından yayınaraq hal-hazıradək heç bir ödəniş etməmişdir. Odur ki, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qurbanova (Cəfərzadə) Lalə Ceyhun qızı öz izahatında bildirmişdir ki, icra vərəqəsindən xəbəri vardır. Lakin heç bir yerdə işləmədiyindən və heç bir qazanc yeri olmadığından qeyd olunan 50.000 manat borc pul məbləğinin ödənilməsində çətinlik çəkir. Bundan əlavə himayəsində bir azyaşlı övladının olmasının da nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, tələbkarın, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Qurbanova (Cəfərəzadə) Lalə Ceyhun qızı məhkəmə qərarının icrasından uzun müddət keçsə də yaranmış borcundan heç bir ödəniş etməyərək üzrlü səbəb olmadan yayınmış və borc məbləğini ödəməmişdir. Borclu hazırki məhkəmə iclasında da öz davranışı ilə ödəniş etməyə niyyətinin olmadığını da bir daha nümayiş etdirmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 06 iyun 2022-ci il tarixdə doğulmuş X8 anası Şəxsdır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Qurbanova (Cəfərzadə) Lalə Ceyhun qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-906/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-906/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver