Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-906/2025 05.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X1 iştirakı ilə, Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə iclasın Şəxs iştirakı olmadan davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X2 məhkəmə iclasında vəsatət qaldıraraq bildirdi ki, iş üzrə yetərli sübutların toplanmadığını nəzərə alaraq, tərəfindən tərtib olunmuş MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, vəsatəti dinləyərək hesab edir ki, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-906/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-906/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver