Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-907/2021 17.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 02 iyul 2021-ci il tarixli, 00100-1246/21 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC tərəfindən 2021-ci ilin iyun ayının 08də və 09-da ölkə ərazisinə Ukraynadan 54464714, 53418232 nömrəli vaqonlarla idxal etdiyi malları Bakı Baş Gömrük İdarəsində **********85962, **********6250 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərək rəsmiləşdirilmişdir. Şəxs MMC 08.06.2021-ci il və 09.06.2021-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə 54464714, 53418232 nömrəli vaqonlarla ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib etdiyi və gömrük orqanına elektron qaydada verildiyi **********6852 və **********6747 sorğu nömrəli 05.06.2021-ci il tarixli qısa idxal bəyannamələrinin 22-ci qrafasında invoys sənədinin nömrəsini İVA**********488 kimi bəyan etməli olduğu halda, **********6852 sorğu nömrəli qısa idxal bəyannaməsində invoys nömrəsini 93944492 və **********6747 sorğu nömrəli qısa idxal bəyannaməsində isə 343234-4 kimi qeyd etməklə gömrük orqanına təhrif olunmuş məlumat verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 öz izahatında protokolu qəbul etməyərək bildirmişdir ki, qeyd olunan iş üzrə tərtib edilmiş əsas bəyannamə düzgün olsa da, kiçik bəyannamədə mexaniki səhvə yol verilmişdir. Odur ki, şirkətin təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları və hüquqi şəxsin izahatı ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında qeydiyyatda olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-907/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-907/2021
17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver