Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-91/2025 28.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi Şikayət vermiş şəxs X4, Qaradağ RPİ DYPŞ-nin nümayəndəsi X1 iştirakları ilə, X4 Qaradağ RPİ DYPŞ-nin EQ 25042593 saylı, xx.xx.2024-cü tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 RPİ DYPŞ-nin EQ 25042593 saylı, xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. X7 şikayətini onunla əsaslandırılmışdır ki, 13.12,2024-cü il tarixli EQ25042593 nömrəli elektron qərarla AR İXM-nin 346.4-ci maddəsi ilə 80 manat məbləğində etibarnamə ilə idarə etdiyi Toyota Prius minik 90UY045 dövlət nömrə nişanlı avtomobillə bağlı inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir.Bildirir ki, o inzibati xəta törətməmişdir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi tələblərini pozmamışdır. xx.xx.2024-cü il tarixli EQ25042593 nömrəli inzibati tənbeh verilmə haqqında qərarın surəti ona vaxtında verilməmişdir və yalnız xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir.Belə ki, xx.xx.2024-cü il tarixli, EQ25042593 nömrəli onun barəsində inzibati tənbeh tədbiq edilməsinə heç bir əsas olmamışdır.Hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ25042593 nömrəli dövlət nömrə nişanlı avtomobillə bağlı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir.Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38,6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto va ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 388.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma protokolunda göstərilir. Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında İş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yainız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.Bildirir ki sələhiyətli orqan tərəfindən təqdim olunmuş foto görüntüdə onun idarə etdiyi avtomobilin Binə Ticarət Mərkəzinin çıxışında saxlamağı tam aydın görünür, bundan əlavə o həmin vaxt sərnişini həmin ərazidə düşürüb və oradan uzaqlaşmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin EQ 25042593 saylı, xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ DYPŞ-nin nümayəndəsi X3 şikayətin əsassız olduğunu qeyd edərək təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan EQ 25042593 saylı, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə şikayətçi X7 tərəfindən İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və videogörüntü ilə öz təsdiqini tam olaraq tapdığından, sonuncunun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də BDYP-nin EQ 25042593 saylı, xx.xx.2024-cü tarixli qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 BDYP-nin EQ 25042593 saylı, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında qərarınnın ləğv edilməsi haqqında şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-91/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-91/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver